Avropanın ən güclü ordusu olmalıyıq, çünki Rusiya...
Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.
Rusiyadan gələn təhdidi nəzərə alaraq, Almaniya “güc dilini” seçməlidir.
Axar.az xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merz deyib.
“Almaniya hökuməti müdafiəyə yatırımlar edir, çünki bunu ABŞ administrasiyası tələb edir deyə yox, öz təcrübəsi və inamına əsasən edir. Çünki Rusiya Avroatlantik məkanın təhlükəsizliyi və azadlığına fəal və aqressiv şəkildə təhdid yaradır.
Biz ehtiyatlı olmalıyıq, çünki Rusiya müharibəni Ukraynadan kənarda da davam etdirə bilər. Biz birlikdə o qədər güclü olmalıyıq ki, heç kim bizə hücum etməyə cəsarət etməsin. Biz Bundesveri Avropanın ən güclü ənənəvi ordusuna çevirəcəyik”, – deyə Merz qeyd edib.

Avropanın ən güclü ordusu: Rusiya, Ukrayna və Türkiyə?
06 Mart 2025 22:30
Avropanın ən güclü ordusu: Türkiyə heyrətləndirdi
13 Noyabr 2024 14:26
Polşada Avropanın ən güclü ordusu yarana bilər
08 İyul 2025 08:56
Rusiya ilə danışıqların mənası yoxdur, çünki güclü ölkələr...
24 Noyabr 2024 09:34

