Icma.az
close
up
RU
Hindistan əhali sayına görə Çini keçəcək

Hindistan əhali sayına görə Çini keçəcək

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Dünyada doğum sayının ölkələr üzrə bölgüsündə ciddi fərqlər yaranır.

Əhali artımının əsas ağırlığı Asiya və Afrika ölkələrinin üzərinə düşür. 2026-cı ildə ən çox doğumun Hindistanda qeydə alınacağı, Çinlə fərqin isə daha da böyüyəcəyi gözlənilir.

"Cebheinfo.az" xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) 2024-cü il Dünya Əhali Perspektivləri hesabatına əsaslanan proqnozlara görə, 2026-cı ildə dünyada təxminən 132,5 milyon körpə dünyaya gələcək. 

Bunun 22 milyon 988 min 460-nın Hindistanın payına düşəcəyi gözlənilir. Çin üzrə isə 8 milyon 625 min 232 doğum proqnozlaşdırılır. Beləliklə, Hindistanda doğulanların sayı Çindən təxminən 2,7 dəfə çox olacaq.

Hindistanın illik doğum sayına görə Çini geridə qoyması yeni tendensiya deyil. BMT-nin tarixi məlumatlarına əsasən, 1974-cü ildə Çində 25,6 milyon, Hindistanda isə 23,3 milyon doğum qeydə alınıb. 1975-ci ildə isə Hindistanda doğum sayı 23,45 milyona yüksəlib, Çində 23,1 milyona düşüb.
Bununla da Hindistan illik doğum sayına görə liderliyi ələ keçirib. İki ölkə arasında doğum sayının fərqlənməsində əhali siyasəti və demoqrafik dəyişikliklər mühüm rol oynayır. 

Çində 1970-ci illərdən tətbiq olunan ailə planlaşdırılması tədbirləri, xüsusilə 1980-ci ildə qüvvəyə minən “bir uşaq” siyasəti doğum səviyyəsinin azalmasına təsir göstərib. Hindistanda isə doğuş səviyyəsinin aşağı düşməsi daha uzun müddət ərzində baş verib. BMT məlumatlarına görə, Çində yeddi il ərzində müşahidə olunan doğuş səviyyəsinin azalmasının Hindistanda baş verməsi təxminən 35 il çəkib.

Çində əhalinin yaşlanması və aşağı doğum səviyyəsi yeni doğulanların sayını azaldan əsas amillərdəndir. Hindistanda isə gənc əhali təbəqəsinin geniş olması ölkənin illik doğum sayına görə liderliyini qorumasına imkan verir. Bu, iki ölkənin demoqrafik inkişafında fərqli istiqamətlərin formalaşdığını göstərir.
Hindistan və Çindən sonra doğum sayına görə Nigeriyanın üçüncü sırada qərarlaşacağı gözlənilir. 2026-cı ildə Nigeriyada 7,7 milyon, Pakistanda 6,9 milyon, Konqo Demokratik Respublikasında isə 4,6 milyon doğumun qeydə alınacağı proqnozlaşdırılır.

Göstəricilər dünya üzrə yeni nəslin əsasən Cənubi Asiya və Afrika ölkələrində formalaşdığını ortaya qoyur. Əhalinin yaş strukturu, doğum səviyyəsi və demoqrafik siyasətlər isə gələcək illərdə ölkələrin iqtisadi və sosial inkişafına təsir göstərə biləcək əsas amillər olaraq qalır.

Gülər 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 23 Noyabr 2026 17:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see447

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see333

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see329

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see315

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see285

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see280

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see279

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see269

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see267

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see266

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see266

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see264

Şaurma, yoxsa burger faydalıdır? Diyetoloq açıqladı

22 Noyabr 2026 02:00see246

40 dərəcə hərarət, dərmanlar təsirsizdir Minlərlə insan yatağa düşdü!

21 Noyabr 2026 22:10see245

Onkoloji vaksinlərin effektivliyini təsdiqləyən şərtlər...

21 Noyabr 2026 21:05see244

Livan Prezidenti İranı topa tutdu Suverenliyimizə müdaxilə edir

22 Noyabr 2026 02:22see218

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see209

“Şərurlu İsfəndiyar” oğluna dəbdəbəli toy məclisi qurdu (FOTO)

22 Noyabr 2026 03:46see207

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see203

Meryem Üzerli Maşa oldu FOTO

22 Noyabr 2026 04:01see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri