Icma.az
close
up
RU
Avropanın güzəştləri Ermənistanı xilas edəcəkmi?

Avropanın güzəştləri Ermənistanı xilas edəcəkmi?

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Atalar misalımız yada düşür: “Qonşudan gələn yeməklə qarın doymaz”

Rusiya ilə münasibətlərdə yaranmış gərginlik və mümkün sanksiya təzyiqi İrəvanda ciddi narahatlıq yaradıb. Bu barədə Ermənistanın “Hraparak” qəzetində mənbələrə istinadən dərc olunan yazıda bildirilib. Qəzetin yazdığına görə, Baş nazir Nikol Paşinyan sentyabrın 1-də gecə Bişkek səfərindən qayıtdıqdan sonra hökumət komandasına Rusiya məsələsində mümkün qədər təmkinli davranmaq, hətta müəyyən hallarda Moskvaya sadiqlik mesajları ötürmək barədə göstəriş verib. Bildirilir ki, bu xətt Rusiyanın Ermənistanın Avropa İttifaqı (Aİ) ilə Avrasiya İqtisadi İttifaqı (Aİİ) arasında seçim məsələsində göstərəcəyi təzyiqin nəticələri aydınlaşana qədər davam edə bilər.

Qəzet qeyd edir ki, hətta Ermənistanın ən fəal qərbpərəst dairələri də bu göstərişə tabe olurlar. Səbəb isə Aİ-yə üzvlüklə bağlı hələ qapalı müzakirələr zamanı mümkün risklərin etiraf edilməsi və İrəvanın bu istiqamətdə yalnız Aİ-dən konkret təminatlar aldığı halda irəliləməsinin məsləhət görülməsi ilə izah olunur. “Hraparak”ın qənaətinə görə, bu məsələdə Paşinyan hətta sorosçulardan da daha avantürist mövqe nümayiş etdirib.

Avroparlament hansı qərarı verəcək?

Bu gün Avropa Parlamenti (AP) Ermənistan üçün gömrük güzəştlərinin tətbiqi ilə bağlı səsvermə keçirəcək. Məsələnin müsbət həll olunacağına şübhə yoxdur. Bəzi ekspertlərin fikrincə, Aİ-nin daxili bazarının maraqlarından çıxış edən deputatlar arasında mənfi səslər də olacaq. Ancaq ümumi mənzərə belədir ki, AP Ermənistan üçün nəzərdə tutulan güzəştlərin tətbiqinin lehinə səs verəcək. Bir müddət əvvəl Aİ Şurası Ermənistanın Aİ-yə ixrac etdiyi malların 80 faizi üzrə gömrük rüsumlarının 2 il müddətinə müvəqqəti ləğv edilməsini təsdiqləyib. Bu addımın Rusiya tərəfindən tətbiq olunan ticarət məhdudiyyətlərinin Ermənistan iqtisadiyyatına mümkün təsirini yumşaltmaq məqsədi daşıdığı bildirilir. Yeri gəlmişkən, bir müddət öncə Belarusun da Ermənistan istehsalı olan “İrəvan 2800” adlı konyakı “təhlükəsiz olmayan məhsul” kimi qiymətləndirərək geri qaytardığı barədə məlumat yayılıb.

Ancaq Avropanın güzəştləri də şərtsiz deyil. Ermənistan malların mənşə qaydalarına əməl etməli, Aİ ilə inzibati əməkdaşlıqda iştirak etməli və Aİ-dən idxala yeni məhdudiyyətlər tətbiq etməməlidir. Bundan başqa, Brüssel öz daxili bazarını qorumaq üçün xüsusi mexanizmlər də nəzərdə tutub. Avropa fermerlərinin güzəştlərə reaksiyasının birmənalı olmayacağı nəzərə alınaraq, razılaşmaya ingiliscə “safeguard measures” adlanan qoruyucu tədbirlər daxil edilib. Əgər Ermənistandan idxalın kəskin artması Aİ daxilindəki istehsalçılara iqtisadi zərər vurmağa başlasa, Avropa Komissiyası gömrük rüsumlarını yenidən tətbiq etmək və ya idxal həcmini məhdudlaşdırmaq hüququna malik olacaq. Deməli, bugünkü səsvermənin müsbət nəticələnməsi böyük ölçüdə gözlənilən olsa da, bu, Ermənistan məhsullarının Avropa bazarına maneəsiz və limitsiz çıxışı anlamına gəlmir.

Avropa bazarı Ermənistan məhsullarını gözləyirmi?

İqtisadi baxımdan Avropa fermerləri üçün Ermənistan məhsullarının ciddi təhlükə yaratması elə də real görünmür. Ermənistanın kənd təsərrüfatı imkanları Fransa, İtaliya və İspaniya kimi aqrar nəhəngləri ilə müqayisə edilə bilməz. Üstəlik, Ermənistanın Avropadan coğrafi baxımdan uzaqda yerləşməsi də genişmiqyaslı ixracın qarşısında əlavə maneə yaradır. Əslində, Avropa bazarının Ermənistanın meyvə-tərəvəz məhsullarına ciddi ehtiyacı da yoxdur. Aİ bazarında bu məhsullar üzrə kifayət qədər böyük təklif mövcuddur, əsas satış istiqamətləri və bazar payları artıq formalaşıb. Buna görə də güzəştlərin iqtisadi deyil, daha çox siyasi motiv daşıdığı qənaəti önə çıxır. Brüssel bununla Aİ-yə yaxınlaşmağa çalışan Ermənistanı dəstəkləmək və Rusiyadan uzaqlaşma kursuna stimul vermək istəyir. Yəni söhbət sırf bazar prinsipləri ilə izah olunan qərardan daha çox siyasi seçimə verilən dəstəkdən gedir.

Dəstək möcüzə yaratmayacaq

Məsələnin digər tərəfi Ermənistan istehsalçılarının Avropa bazarına çıxmaq imkanlarıdır. Erməni ekspertlərinin də diqqət çəkdiyi kimi, ölkədə əsas istehsalçılar iri aqrar şirkətlər deyil, adi fermer təsərrüfatlarıdır. Aİ bazarına çıxmaq üçün tələb olunan fitosanitar prosedurların və digər texniki tələblərin yerinə yetirilməsi isə belə istehsalçılara kifayət qədər baha başa gəlir. Bu səbəbdən Ermənistan məhsullarının Avropa standartlarına tam uyğunlaşdırılması və böyük həcmdə ixrac edilməsi asan məsələ deyil. Hazırkı geosiyasi şəraitdə Brüsselin bu cür məsələlərə əvvəlki qədər sərt yanaşmaması mümkündür. Lakin güzəştlər olsa belə, Ermənistan iqtisadiyyatı üçün həlledici əhəmiyyət daşıyan ixrac həcminin yaranacağı gözlənilmir. Məsələ bununla da bitmir. Aİ Ermənistan məhsullarına güzəştlər təqdim etsə də, bu imtiyazlar daimi xarakter daşımır. İrəvanın Aİ üçün əlverişli tərəfdaş olmaqdan çıxması halında güzəştlərin aradan qaldırılması mümkündür. Başqa sözlə, bu imkanların siyasi şərtlərdən tamamilə kənarda qalacağına zəmanət yoxdur.

Ticarət güzəştləri siyasi vasitədir

Aİ-nin qeyri-tarif maneələrindən siyasi və geosiyasi məqsədlərlə istifadə etməsi barədə rusiyalı ekspertlər də danışırlar. Onların fikrincə, bu mexanizmlər rəsmi olaraq istehlakçıların müdafiəsi, ekologiya və təhlükəsizlik kimi səbəblərlə əsaslandırılsa da, praktikada idxal axınlarını tənzimləmək və ayrı-ayrı ölkələrə siyasi təsir göstərmək üçün də istifadə oluna bilər. Maraqlıdır ki, eyni üsullardan Rusiya da istifadə edir. Ermənistan məhsullarının Rusiya bazarından çıxarılması ilə bağlı qərarlar da əsasən qeyri-tarif maneələri ilə əsaslandırılıb.

Bu kontekstdə Gürcüstanın vəziyyəti diqqət çəkir. Tbilisi 2014-cü ildən Aİ-nin gömrük güzəştlərindən istifadə edir. 2023-cü ilin dekabrında Aİ-yə üzvlüyə namizəd statusu alan Gürcüstanın sarımsaq istisna olmaqla, Avropaya ixrac etdiyi məhsullar gömrük rüsumlarından azaddır. Son dövrdə Gürcüstanla Aİ arasında münasibətlərin pisləşməsi bu güzəştlərin siyasi şərtlərlə bağlı olduğunu göstərir.

Ermənistan isə artıq açıq şəkildə Avropa seçimini elan edib və Rusiya ilə uzun illər davam edən münasibətlərində yeni mərhələyə keçməyə çalışır. Brüsselin İrəvana dəstək verməsi də bu baxımdan təəccüblü deyil. Ancaq siyasi dəstəyin iqtisadi nəticələri barədə həddindən artıq nikbinliyə qapılmaq üçün əsas yoxdur.

Ermənistan üçün əsas sual dəyişmir

Avropanın təqdim etdiyi güzəştlər Ermənistan üçün müəyyən imkanlar yarada bilər. Ayrı-ayrı məhsullar üzrə ixracın genişlənməsi, yeni bazarların sınaqdan keçirilməsi və Rusiya bazarında yaranmış boşluğun qismən doldurulması mümkündür. Lakin bütün bunları Ermənistan iqtisadiyyatını xilas edəcək böyük layihə kimi təqdim etmək çətindir. Ermənistanın qarşısında həm istehsal imkanlarının məhdudluğu, həm logistika xərclərinin yüksəkliyi, həm də Avropa bazarının sərt tələbləri dayanır. Buna görə də müvəqqəti gömrük güzəştlərinin ölkə iqtisadiyyatına ciddi və uzunmüddətli təsir göstərməsi real görünmür. Avropa bazarında üstünlük əldə etmək üçün yalnız siyasi yaxınlaşma kifayət etmir. Davamlı istehsal, rəqabətqabiliyyətli məhsul, münasib logistika və sabit regional ticarət əlaqələri də lazımdır.

Bütün bunların fonunda Ermənistan üçün əsas məsələ yalnız Avropadan hansı güzəştləri ala biləcəyi deyil. Daha vacib sual ölkənin öz coğrafi mövqeyindən və qonşu dövlətlərlə iqtisadi əlaqələrindən nə dərəcədə səmərəli istifadə edə biləcəyidir.

Səxavət HƏMİD
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Sentyabr 2026 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see504

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see315

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see287

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see276

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see275

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see275

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see272

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see268

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see268

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see246

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see241

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see239

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see237

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see232

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see220

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see216

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see214

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see210

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see208

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri