Icma.az
close
up
RU
Avropanın müharibəyə hazırlaşmaq üçün beş il vaxtı var

Avropanın müharibəyə hazırlaşmaq üçün beş il vaxtı var

Reyting.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Avropa İttifaqı (Aİ) ölkələrinin Rusiya ilə müharibəyə hazırlaşmaq üçün beş il vaxtı var.
Reyting.az
xəbər verir ki, bu barədə “Politico” nəşri Avropa Komissiyasının təqdim edəcəyi hərbi plana əsasən yazıb.
Komissarlar Kollecinə təqdim edilməzdən əvvəl müdafiə nazirləri tərəfindən müzakirə olunan plan layihəsində qeyd edilib ki, 2030-cu ilə qədər Avropanın öz rəqiblərini etibarlı şəkildə çəkindirmək və istənilən təcavüz aktlarına cavab vermək üçün kifayət qədər güclü müdafiə mövqeyinə ehtiyacı var.
Sənəd gələn həftə Aİ liderlərinə təqdim olunacaq.
Sənəddə yazılıb ki, hərbiləşdirilmiş Rusiya yaxın gələcək üçün Avropanın təhlükəsizliyinə daimi təhdid yaradır.
Məlumata görə, Aİ ölkələri müdafiə büdcələrini sürətlə artırsalar da, bu xərclərin böyük hissəsi milli xarakter daşıyır. Bu isə parçalanmaya, xərclərin artmasına və qarşılıqlı fəaliyyətin olmamasına gətirib çıxarır.
Aİ-nin icra orqanı paytaxtları birgə silah almağa çağırır və 2027-ci ilin sonuna kimi müdafiə satınalmalarının ən azı 40 faizinin birgə müqavilələr əsasında həyata keçirilməsini hədəfləyir ki, bu da hazırda beşdə birdən azdır. Plan, həmçinin 2028-ci ilə qədər Aİ və Ukrayna şirkətləri tərəfindən silah alışının ən azı 55 faizinin, 2030-cu ilə qədər isə ən azı 60 faizinin həyata keçirəcəyi hədəflər müəyyən edir.
Əsas məqsədlərdən biri doqquz sahədə Aİ-nin imkanlarındakı boşluqları aradan qaldırmaqdır: hava və raketdən müdafiə sistemləri, hərbi mobillik, artilleriya sistemləri, süni intellekt və kibermüdafiə, raketlər və döyüş sursatları, pilotsuz uçuş aparatları və əks-dron sistemləri, quru döyüş sistemləri və dəniz müdafiəsi.
Planda müdafiə hazırlığı və Rusiya təcavüzünün qarşısını almağa qadir “polad kirpi” olmaq üçün silahlanması və dəstəklənməsi nəzərdə tutulan Ukraynanın rolu kimi sahələr də qeyd olunur.
2030-cu ilə hazırlığı təmin etmək üçün 2026-cı ilin birinci yarısında bütün prioritet sahələr üzrə layihələrə start verilməlidir. 2028-ci ilin sonuna qədər ən aktual boşluqların aradan qaldırılması üçün layihələr, müqavilələr və maliyyələşdirmə həyata keçirilməlidir.
Sənəddə göstərilir ki, Aİ müdafiə üçün 800 milyard avroya qədər vəsaitin, o cümlədən 150 milyard avroluq silah krediti ilə SAFE proqramı, hələ də danışıqlarda olan 1,5 milyard avroluq Avropa Müdafiə Sənayesi Proqramı (EDIP) - Avropa Müdafiə Fondu və 2027-ci ildə qəbul edildikdən sonra blokun növbəti büdcəsi də daxil olmaqla, səfərbərliyə kömək edəcək.
E. KAMAL
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:149
embedMənbə:https://reyting.az
archiveBu xəbər 16 Oktyabr 2025 15:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri