Icma.az
close
up
RU
AVROPANIN NARKOTİK HESABATI Mövcud durumun faktlar əsasında təhlili

AVROPANIN NARKOTİK HESABATI Mövcud durumun faktlar əsasında təhlili

Hurriyyet portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Avropa Birliyinin nəzdindəki Narkotiklə Mübarizə Agentliyi (EUDA – Evropean Union Drugs Agency) 2025-ci il üzrə hesabatını açıqlayıb.

Stopnarkotik.az agentliyin saytına istinadən xəbər verir ki, illik hesabatın hazırlanmasında Avropa İttifaqına üzv dövlətlər, o cümlədən namizəd ölkə olan Türkiyə və Norveç tərəfindən quruma təqdim edilən məlumatlardan istifadə olunur. “Avropa Narkotik Hesabatı 2025: Trendlər və İnkişaflar” adlı hesabat Avropada narkomaniyanın vəziyyətini özündə əks etdirir.

Avropa Birliyi Narkotiklə Mübarizə Agentliyinin (EUDA) hesabatında qeyd olunur ki, qloballaşma narkotiklərin əlçatanlığına müsbət təsir göstərib. Narkotik qaçaqmalçılığını idarə edən krminal şəbəkələr rabitə, nəqliyyat imkanını öz lehlərinə istifadə edirlər. Dəniz marşrutlarına giriş və gəmilərdə külli mqidarda narkotik daşıma imkanı da Avropaya narkotik axınını gücləndirir.

Qloballaşan ticarət qanunsuz narkotik istehsalında istifadə olunan kimyəvi maddələrin və avadanlıqların tədarükünü asanlaşdırır. Kommersiya ticarət infrastrukturunun davamlı zəifləməsi Avropaya narkotik axınını dəstəkləməklə yanaşı, həm də Avropa narkotik istehsalçıları və qaçaqmalçıları ilə beynəlxalq cinayətkar şəbəkələr arasında daha sıx qarşılıqlı əlaqələrə səbəb olub. Nəticədə, Avropa narkotik bazarı narkotiklər, prekursorlar, vacib kimyəvi maddələr və avadanlıqlar üçün əsas təchizatçı ölkələr də daxil olmaqla, qlobal təchizat zəncirlərinin dinamik şəbəkəsi ilə dəstəklənir, güclənir.

Qeyd olunur ki, təchizat zəncirindəki yerdəyişmələrə gömrük və hüquq-mühafizə orqanlarının uğursuzluqları, tənzimləyici tədbirlər və geosiyasi hadisələr daxil olmaqla müxtəlif amillər səbəb olur. Cənubi Amerika, Qərbi və Cənubi Asiya və Şimali Afrikadakı müxtəlif ölkələr kokain, heroin və kannabis kimi Avropaya daxil olan qanunsuz narkotiklərin əsas mənbələri, Çin və Hindistan yeni psixoaktiv maddələr üçün vacib təchizatçı ölkələr olaraq qalır. Xüsusilə Hindistan Avropada istehsal olunan sintetik katinonlar kimi müəyyən maddələrin vacib mənbəyinə çevrilib. Çindən narkotik prekursorlarının və kimyəvi maddələrin daşınması da tez-tez açıqlanır. Bundan əlavə, kommersiya kannabis bazarlarının olduğu Kanada və ABŞ müxtəlif kannabis tərkibli istehlak məhsullarının mənbələridir.

Qlobal ticarət təchizat zəncirləri ilə reallaşan narkotik qaçaqmaçılığının miqyası Avropa limanlarında böyük həcmli narkotik müsadirələrində də görünür. Məsələn, 2024-cü ildə İspaniyada tək bir əməliyyatda bananların içərisində gizlədilmiş Ekvador mənşəli 13 ton kokainin müsadirəsi ölkə tarixində ən böyük müsadirə faktı idi. Almaniya isə 2023-cü ildə 43 ton kokain müsadirə etdi, həmin il Hamburq limanında 25 tonluq böyük partiya müsadirə edildi ki, bu da 2022-ci ildə müsadirə edilən miqdardan iki dəfə çox idi. Bu, onu göstərir ki, cinayət şəbəkələri narkotik qaçaqmalçılığı üçün qanuni kommersiya infrastrukturundan istifadə edirlər.

Avropa Birliyi Narkotiklə Mübarizə Agentliyinin hesabatında vurğulanır ki, təchizat zəncirlərinə sızma və dəniz limanlarında hədə-qorxu və korrupsiya yolu ilə işçilərin şantajla ələ alınması Avropada sənədləşdirilib. Ümumilikdə, Avropada müsadirə edilən narkotiklərin böyük hissəsi dəniz limanlarında gömrük və hüquq-mühafizə orqanları tərəfindən aşkar edilib. Buna cavab olaraq rəsmi AB qurumları tədbirlə görürlər. Belə cavab tədbirlərinə Aİ üzv dövlətləri arasında gömrük informasiya sistemlərinin qarşılıqlı fəaliyyətinin gücləndirilməsi, müasir konteyner skanlama avadanlıqlarının tətbiqinin dəstəklənməsi, həmçinin Avropanın əsas logistika mərkəzlərinin narkotik qaçaqmalçılığına və cinayətkar şəbəkələrə qarşı dayanıqlığını gücləndirmək üçün hazırlanmış dövlət-özəl sektorun tərəfdaşlıq yanaşması, beynəlxalq tərəfdaşlarla əməkdaşlıq çərçivəsində tədbirlər, Avropa dəmir yolu və avtomobil yolları şəbəkələrində narkotik qaçaqmalçılığının qarşısını almağa yönəlmiş tədbirlər daxildir.

O da qeyd olunur ki, dəniz yolu ilə narkotik qaçaqmalçılığı tədarükü asanlaşdırsa da, qaçaqmalçılıq quru və hava yolu ilə müxtəlif digər üsullarla, o cümlədən kommersiya və şəxsi nəqliyyat, məktublar və bağlamalar vasitəsilə də baş verir. Ümumiyyətlə, Avropada narkotrafik təchizat sxemi belə baş verir:

- Logistika təchizat zəncirlərinə sızma;

- İntermodal tansport konteynerləri;

- Konteynerlərin yayınması, kod saxtakarlığı, məlumatları əldə etmə qrupları;

- Korrupsiya, vəzifəli şəxslərin və gəmi operatorlarının qorxudulması;

- Kiçik limanlardan istifadənin artması;

- GPS etiketli narkotik yüklənmiş kiçik üzən aparatlar;

- Kiçik gəmilərin ana gəmilərdən narkotiki toplaması;

- Sürətli qayıqlar, səyahət-əyləncə gəmiləri;

- Yarımsualtı gəmilər (NARCO, torpedalar);

- Yükün kimyəvi gizlədilməsi və ya kamuflyaj edilməsi;

- Ümumi aviasiya və kiçik aerodromlardan istifadənin artması.

Narkotrafik təchizat sxeminin detalları haqda növbəti yazımızda daha ətraflı açıqlama verəcəyik.

Hazırladı: Ülviyyə ŞÜKÜROVA

Share

Tweet

Email

Share

Share

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:54
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 11 Dekabr 2025 18:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see225

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see221

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see211

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see186

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see184

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see179

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see175

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see172

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see160

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see158

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see155

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see155

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see149

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see148

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see147

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see145

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see143

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri