Icma.az
close
up
RU
Avroparlamentarilərin daha bir qərəzi

Avroparlamentarilərin daha bir qərəzi

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycana qarşı hər zaman qərəzli münasibəti ilə seçilən Avropa Parlamentinin (AP) Xarici Əlaqələr Komitəsində Avropa İttifaqının ümumi xarici və təhlükəsizlik siyasəti, həmçinin ümumi təhlükəsizlik və müdafiə siyasəti ilə bağlı illik hesabatlar səsverməyə çıxarılıb. Hər iki hesabatda Ermənistan–Avropa İttifaqı münasibətlərinə toxunulub, ikitərəfli münasibətlərdə mövcud dinamika qeyd olunub və alqışlanıb. Hesabatlarda, həmçinin Avropa Sülh Fondu tərəfindən İrəvana göstərilən yardım alqışlanır və Ermənistanda dislokasiya olunmuş Avropa İttifaqının Monitorinq Missiyasının rolu vurğulanır.

Avroparlamentarilərin alqışladıqları digər məqam Ermənistanın Kollektiv ­Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) fəaliyyətini dondurmaq qərarıdır. Həmçinin Bakıda məhkəmə prosesi davam etdirilən erməniəsilli şəxslər “qanunsuz saxlanılan erməni girovlar və hərbi əsirlər” adlandırılır. Onların dərhal azad edilmələrinin zəruriliyi xatırladılır. Bakı Hərbi Məhkəməsində mühakimə olunanların 16 nəfər olmasına baxmayaraq, qondarma “23” rəqəmi ortaya atılıb. Guya, hazırda bu qədər şəxs mühakimə edilir. Bu isə ağ yalandır.

Aİ-nin ümumi xarici və təhlükəsizlik, habelə ümumi təhlükəsizlik və müdafiə siyasəti haqqında illik hesabatlarında da Qarabağ ermənilərinin öz evlərinə qayıtmasına böyük önəm verilir. Hesabatlarda Ermənistan və Azərbaycanın münasibətləri normallaşdırmaq səyləri alqışlanıb və xatırladılıb ki, bu proses, eləcə də sərhədlərin delimitasiyası Alma-Ata Bəyannaməsinə uyğun olaraq həyata keçirilməlidir. Səsverməyə çıxarılan hesabatlara əsasən, AP deputatları Avropa İttifaqından Azərbaycanla enerji sahəsində əməkdaşlığa dair memoranduma xitam verməyi tələb ediblər. Avropa İttifaqına üzv ­dövlətləri Azərbaycana texniki, təhlükəsizlik və maliyyə dəstəyini dayandırmağa (?) çağırıblar.

Görünür, Avropalı deputatlar Azərbaycanla enerji sahəsində əməkdaşlığa dair memoranduma xitam verməyi tələb edərkən 2022-ci il iyulun 18-də Azərbaycanla Aİ arasında “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”nu nəzərdə tuturlar. Həmin sənədi Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen imzalayıblar. Sənədin imzalanması Azərbaycandan daha çox Aİ-yə lazım idi. 2024-cü il noyabrın 12-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimində Prezident İlham Əliyev bununla bağlı demişdi: “Digər ittiham məsələsinə gəldikdə, iki il əvvəl Azərbaycan və Avropa Komissiyası enerji sahəsində strateji tərəfdaşlıq bəyannaməsinə imza atdılar. Lakin bu, bizim ideyamız deyildi. Bu, Avropa Komissiyasının təklifi idi. Avropa Komissiyasının sədri bu sənədi imzalamaq üçün iki il öncə Bakıya gəldi, çünki geosiyasi vəziyyətin dəyişməsi səbəbindən onlara bizim qaz lazım idi. Onlar bizdən yardım xahiş etdilər. Biz razılaşdıq. Əgər yardımımıza ehtiyac varsa, biz hər zaman kömək etməyə hazırıq. Dedik, yaxşı, biz enerji təhlükəsizliyində Avropaya kömək edəcəyik. İki il əvvəl həmin bəyannaməni imzalayanda qazımızı alan ölkələrin, yəni Avropa ölkələrinin sayı iki idi. İndi isə səkkiz ölkə alır. Azərbaycan qazına çıxışı olan on ölkədən səkkizi Avropada yerləşir. Avropa Komissiyası, həmçinin bizdən xahiş edib ki, qaz təchizatını 2027-ci ilə qədər iki dəfə artıraq. Bu, Avropa Komissiyasının sədri və mənim tərəfimdən iki il öncə Bakıda imzalanmış bəyannamədə əks olunub. Əfsuslar olsun ki, ikili standartlar, digər ölkələrə dərs vermək adəti və siyasi riyakarlıq bəzi Qərb ölkələrindəki bir sıra siyasətçilər, dövlət nəzarətində olan QHT-lər, yalan xəbər mediası üçün fəaliyyət metoduna çevrilib...”

Avroparlamentarilərin Aİ-yə üzv ­dövlətləri Azərbaycana texniki, təhlükəsizlik və maliyyə dəstəyini dayandırmağa (?) çağırmaları isə anlaşılmır. Onların hansı dəstəkdən bəhs etdikləri müəmmalıdır. Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində bildirmişdi ki, onlar bizi asılı vəziyyətdə saxlamaq, buraya gəlmək, bizə mühazirə oxumaq, prosesdə iştirak etmək, monitorinq aparmaq istəyirdilər. Dövlətimizin başçısı qeyd etmişdi ki, amma biz normal münasibətlər təklif edirik: “Gəlin, normal, ikitərəfli əməkdaşlıq edək. Biz sizdən asılı deyilik, sizdən heç nə gözləmirik, sizin ailənizə üzv olmağa can atmırıq, açığını desək, siz heç vaxt müsəlman əhalisi olan ölkəni qəbul etməyəcəksiniz. Elə isə gəlin, yaxşı qonşular olaq, əməkdaşlıq edək, buyurun, ticarət edək, sataq, alaq, texnologiyalar əldə edək. Təəssüf ki, bunların bütün fəaliyyəti bizim Avropa İttifaqı ilə proqramların hamısını dayandırmağımıza gətirib çıxardı. Bütün tvininq proqramları dayandırılıb, Avropa İttifaqının leqal olan qrantlarının hamısı dondurulub. Qismən qeyri-leqal olanlar da var, əsasən Gürcüstandan keçməklə sərhəddən buraya pullar gətirilir, yenə də sorosçu strukturların əlaltıları vasitəsilə, amma əvvəlki kimi deyil, həm də bizim hüquq-mühafizə orqanları bütün bunları izləyir. Amma bizim leqal qrantlardan imtina etməyimizin səbəbi odur ki, onlar ərazimizdə gələcəyə, əsasən gənclərə istiqamətlənmiş öz platformalarının yaradılmasına yönəldilmişdi...”

Mövzu ilə bağlı XQ-yə açıqlama verən politoloq İlyas Hüseynov bildirdi ki, bu hesabatlarda bir sıra qərəzli və həqiqətdən uzaq məqamlar var. Onun sözlərinə görə, Avropa Parlamentinin deputatları davamlı olaraq eyni narrativləri genişləndirməklə məşğuldurlar: “O cümlədən ölkəmizə təzyiq kontekstində bildirilir ki, Azərbaycanla enerji sahəsində əməkdaşlığa dair memoranduma xitam vermək lazımdır. Avropa İttifaqı bu addımı atmağa çağrılır. Digər tərəfdən, qeyd edilir ki, Avropa İttifaqının bütün üzv dövlətləri ölkəmizə texniki, təhlükəsizlik və maddi dəstəyini dayandırmalıdırlar. Bu da anlaşılmaz bir məqamdır. Niyə bu dəstək dayandırmalıdır? Azərbaycan hansı nöqsanlara yol verib? Hesab edirəm ki, bu suallara ciddi cavab verilməlidir. Digər tərəfdən saxlanılmış erməniəsilli şəxslər “erməni girovlar və hərbi əsirlər” adlandırılaraq onların qaytarılmasına çağırış edilir. Halbuki, onların qaytarılması mümkünsüzdür. Bu çağırışların heç bir əsası yoxdur. Onlar Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilirlər. İttihamlara, eyni zamanda, terrorçuluq və terrorçuluğun maliyyələşdirilməsi də daxildir. Məhkəmə prosesində bu kimi əməllərə dair ilkin sübutlar əldə olunmaqdadır. Hesab edilir ki, bu, Bakıda keçirilən “Nürnberq prosesi”dir. Bu proses öz məntiqi sonluğuna çatmalı, təqsirləndirilən şəxslərlə bağlı qanunun tələbinə uyğun qərarlar verilməlidir. Təqsirsizlik prezumpsiyası əsasında onları cinayətkar adlandırmaq doğru sayılmır, amma biz hamımız onların hansı əməllərə yol ­verdiklərini bilirik. Bu baxımdan onlar hazırda təqsirləndirilən şəxslər qismində məhkəmə önünə çıxarılıblar”.

Müsahibimiz qeyd etdi ki, AP deputatları Ermənistanın KTMT-dəki fəaliyyətini dondurmaq qərarını təqdir ediblər. Bu isə bütövlükdə, Ermənistanın, xüsusilə onun siyasi isteblişmentinin ruhlanmasına təkan verən digər məqamdır: “Bu isə, əvvəlki açıqlamalarımızda qeyd etdiyimiz kimi, Ermənistanın KTMT-də fəaliyyətini özbaşına deyil, müəyyən təlimatlar əsasında dondurmasının sübutudur. Bunun qarşılığında İrəvana Qərb ölkələri tərəfindən müəyyən imtiyazlar vəd edilir, onun KTMT-dəki iştirakını dondurması stimullaşdırılır”.

İ.Hüseynov onu da dedi ki, Ermənistan hökuməti Alma-Ata Bəyannaməsinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünü tanısa da, konstitusiyasında ölkəmizə qarşı iddialardan əl çəkmir, əsas qanununu dəyişmir. ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı konkret addımlar yoxdur: “Üçüncü tərəflərin Ermənistan–Azərbaycan sərhədindən çıxarılması ilə bağlı sülh müqaviləsində razılaşdırılmayan maddə olsa da, Aİ-nin “mülki missiyası”nın müddətinin iki il müddətinə uzadılmasına dair bugünlərdə qərar qəbul olunmuşdur. Eyni zamanda, hər iki dövlətin beynəlxalq instansiyalarda bir-birinə qarşı qaldırdıqları iddiadan çəkilmələrinə dair sülh müqaviləsində qeyd yer alsa da, biz görürük ki, İrəvan həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə Bakıya qarşı kifayət qədər təxribatçı fikirlər səsləndirir. Bütövlükdə, mən AP-nin illik hesabatını tamamilə destruktiv və məntiqsiz hesab edirəm”.

Səxavət HƏMİD 
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 31 Yanvar 2025 10:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu kimi tədbirlər Azərbaycanın sabit ölkə imicini artırır

23 May 2026 17:44see350

Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsert “90 illik irs”

24 May 2026 01:53see344

Piri mürşüdün ölümündən öncəki son sözləri

23 May 2026 23:07see214

Azərbaycanlı diplomat İranda həlak oldu

23 May 2026 22:46see201

Daşkəsəndə 20 dəqiqə DOLU YAĞDI VİDEO

23 May 2026 19:20see194

F1 komandaları 2027 mövsümündə bəzi yarışların qısaldılmasını dəstəkləyiblər

24 May 2026 03:20see188

Atmosferin yuxarı hissəsi niyə daim soyuq olur? Sirr açıldı

24 May 2026 06:52see188

Sahib Paşazadəyə Özbəkistanda “Sənətşünaslıq üzrə fəlsəfə doktoru (PhD)” elmi dərəcəsinin diplomu təqdim edilib FOTO

23 May 2026 20:08see187

Zamiq Hüseynov: “Kaş, belə bir dünya ola...”

23 May 2026 14:57see184

“YouTube Shorts”da süni intellektlə video redaktəsi dövrü başlayır

24 May 2026 05:58see179

Ukrayna Prezidenti Rusiyanın “Oreşnik” ilə hücuma hazırlaşması haqqında danışıb

23 May 2026 21:03see174

8 saatdan çox yatanlar vaxtından tez qocalır Alimlər təsdiqlədi

24 May 2026 07:00see171

Bağırsaq sağlamlığını necə qorumaq olar...

23 May 2026 21:25see166

Milyon avroluq avtomobilləri oğurladılar

25 May 2026 01:58see163

Elvin Nəcəfzadə yeniyetmələr arasında Avropa çempionudur

23 May 2026 21:49see160

Tramp Si Cinpinlə görüşündə Yaponiyanın Baş nazirini müdafiə edib

24 May 2026 10:40see157

İranın blokadasında iştirak edən ABŞ hərbçilərinin sayı AÇIQLANDI

23 May 2026 19:53see157

May ayının sonuna qədər sərvət qazanacaq BÜRCLƏR

25 May 2026 00:04see156

Qaş aldırmaq hansı hallarda günah sayılır?

24 May 2026 07:20see144

KİV: ABŞ İran sazişinin layihəsi zənginləşdirilmiş uran məsələsini həll edə bilmir

24 May 2026 07:58see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri