Icma.az
close
up
RU
Gürcüstan Qərbin inqilab ssenarisinə qarşı korrupsioner avroparlamentarilərin şantaj cəhdi ŞƏRH

Gürcüstan Qərbin inqilab ssenarisinə qarşı korrupsioner avroparlamentarilərin şantaj cəhdi ŞƏRH

Report.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Qərb ölkələri, onların müxtəlif strukturları gürcü cəmiyyətini parçalamaqda, ölkədə qarşıdurma yaratmaq və itaətsizliyə rəvac verən siyasət yürütməkdədir. Görünən odur ki, Qərbin ölkəni vətəndaş müharibəsinə sürükləmək arzusu puç oldu. Gürcüstanın "ukraynalaşmasına" nail olmaq hədəfi baş tutmadı. Legitim gürcü hökumətini devirmək və Rusiyaya qarşı “ikinci cəbhə” açmaq Qərbin əsas prioritetləri sırasında idi.

Ölkənin avrointerqasiyası ilə bağlı iqtidar-müxalifət qarşıdurması və qarşılıqlı ittihamlar, Qərb dövlətlərinin Gürcüstanın daxili işlərinə müdaxiləsi və Qərbin bu hərəkətlərinə etirazlar davam edir. Belə bir vaxtda avroparlamentarilərin Gürcüstana səfəri baş tutub. Yerli mediada onların səfər missiyasının sırf qarşıdurma yaratmağa çalışdığı vurğulanır. Siyasilər, deputatlar, ən müxtəlif kateqoriyadan olan insanların dili ilə bu təhlükəli ssenarinin mahiyyətini açmağa çalışaq.

Bu sırada Gürcüstan parlamentinin komitə sədri İrakli Kadagişvilinin səsləndirdiyi fikirlər xüsusi maraq doğurur. O bildirib ki, əgər avropalı deputatlar hakimiyyətlə hədə-qorxu ilə danışmağa və müxalifətin aksiyası barədə həqiqətə uyğun olmayan iddialar səsləndirməyə gəliblərsə, təbii ki, bu, Gürcüstan üçün qəbuledilməzdir.

Daha sərt fikirləri İnsan Hüquqlarını Müdafiə Komitəsinin sədri Rati Yonatamişvili səsləndirib. Avropa Parlamentinin deputatlarının Gürcüstana səfərini tənqid edən R.Yonatamişvilinin fikrincə, iğtişaşları təbliğ etmək planları cəmiyyət tərəfindən dəstək görməyəcək. “Əslində mitinq artıq yoxdur, Rustaveli prospektində ayrı-ayrı adamlar gəzir və əlbəttə ki, gəzməkdə qəbahət yoxdur. Sadəcə olaraq, bu adamların gəlişi etirazlara süni şəkildə güc qatmaq üçündür. O adamlar ki, əslində Gürcüstan cəmiyyətində heç bir nüfuzu yoxdur. Rothların gəlişi və bu insanların burada olması aksiya ilə bağlı heç nəyi dəyişməyəcək. İnsanlar səmimi olmadıqda və yalnız xaosu təbliğ etməyə gələndə, bu cür planların cəmiyyətdən heç bir dəstəyi olmayacaq. Əksinə, bu, artıq yoxa çıxan ittihamın daha da itməsinə kömək edəcək”, - deyə Rati Yonatamişvili bildirib.

Əksər gürcü siyasilər hesab edir ki, Avropa İttifaqı Gürcüstanla şantaj dilində danışmağı dayandırmalı və əməkdaşlıq müzakirəsinə başlamalıdır. Məsələn, Gürcüstan Parlamentinin sədr müavini Tea Tsulukiani bildirib ki, Avropa İttifaqı Gürcüstanla şantaj dilində danışmağı dayandırmalı və əməkdaşlıq müzakirəsinə başlamalıdır. Onun fikrincə, Gürcüstana qarşı Aİ şantajı və təzyiqi dayandırmalıdır.

O cümlədən siyasi partiyalar da bu səfərlərin əsl mahiyyətinə sərt etirazlarını çatdırıblar. Məsələn, “Xalq hakimiyyəti” partiyasının icraçı katibi Quram Maçaraşvili Avropa Parlamenti deputatlarının Gürcüstana səfəri barədə ironiya ilə danışıb: “Kim Gürcüstana qonaq gəlsə, cənab, kim təhqir etməyə gəlsibə, layiqli cavabını alacaq”. O, əlavə edib: “Biz deputatları haqqında çox danışa bilmərik, çünki son iki ildə Avropa Parlamentində 10-dan çox deputat korrupsiya ilə bağlı həbs edilib və s. Ziyarətə gəlincə, ziyarətə gələnlər, bəli cənab; Kim təhqir etməyə gəlirsə, ona müvafiq cavab veriləcək”.

Parlament çoxluğunun üzvü Levan Maxaşvili avropalı deputatların səfəri barədə söylədikləri isə onların qərəzini aşağıdakı kimi xarakterizə edib. “Bu adamların gündəmini, Gürcüstanda nə edəcəklərini eşitdik. Əslində, Gürcüstanda siyasi prosesin sağlam olmasını istəyirlərsə, harada görüş keçirəcəklərini çox gözəl bilirlər. Parlament onların üzünə açıqdır, istəsələr, gəlib istənilən məsələni müzakirə edə bilərlər”, - bildirib.

Təəssüflə deyib ki, onlar avropalı deputatların qarşıdurma yaratmaq üçün səfər etdiyini görürlər: “Hər halda onların qurduqları plan və görüşdükləri adamlar, eləcə də verdikləri bəyanatlar təəssüf ki, bu insanların sağlam siyasi prosesləri təbliğ etməyə gəldiyinə ümid vermir. Əgər onların Gürcüstanla bağlı xoş və mehriban niyyətləri varsa, parlament onlarla görüşə və əməkdaşlığa açıq olub və olacaq”.

Yeri gəlmişkən, Qərbin Gürcüstana qarşı şantajlarında viza şantajı məsələsi də var. Bununla bağlı xarici işlər naziri Maka Boçorişvili deyib ki, viza məsələsilə faktiki olaraq Gürcüstan vətəndaşlarını şantaj edirlər. O deyib ki, Avropa İttifaqı ölkələrinə vizasız gediş-gəlişi dayandırmaq məsələsilə faktiki olaraq Gürcüstan vətəndaşlarını şantaj edirlər. Gürcüstan vətəndaşları onlara qarşı müəyyən tədbirlərin tətbiq oluna biləcəyindən qorxurlar. Qeyd olunur ki, Gürcüstandakı nümayəndə heyətinin Avropa Parlamenti adından gəlmələrinin nə dərəcədə doğru olduğunu bilmir: “Avropa Parlamentinin nümayəndə heyətlərinin tərkibi, onların təyin edilməsi və xarici ölkəyə səfəri ilə bağlı kifayət qədər sərt qaydaları var. Maraqlıdır, onlar kimin adından danışırlar və nə üçün gəliblər”.

O, təəssüflə deyib ki, Avropa Parlamentinin deputatlarının çox vaxt alovun üzərinə benzin tökmək kimi hərəkətlərini görürük: “Bunun nəyə xidmət etməsi isə ayrı mövzudur. Həmçinin, Gürcüstana qarşı çox tənqidi mövqeləri ilə seçilən Avropa Parlamentinin üzvlərini də görürük . Onlar obyektiv mənzərəni görmək istəmirlər. Biz onların Avropa Parlamentinin qətnamələrində öz əksini tapmış “ yaradıcılığını” dəfələrlə görmüşük”.

Sadalanan faktlar və səslənən fikirlər hansısa bir ehtimal və yaxud fikirlər deyil, ölkə rəsmilərinin, parlamentarilərin və siyasi partiya sədrlərindən dilindən səslənir. Beləliklə, əminliklə deyə bilərik ki, Qərbin Gürcüstan ssenarisi, planları baş tutmayıb və bu səbəbdən də son olaraq prosesə Avropa Parlamentinin deputatlarının cəlb edilməsinə qərar verilib. Etirazlar və mitinqlər isə gözlənilən nəticəni ortaya qoymadı. Hətta “viza şantajı” da cəmiyyəti və hakimiyyəti öz yolundan döndərə bilmədi.

Ona görə də, birmənalı şəkildə deyə bilərik ki, Qərbin Gürcüstan layihəsi alt-üst oldu. Bu səbəbdən də yaxın günlərdə daha sərt bəyanat və qərarların, şantaj xarakterli sanksiyaların qəbulunu gözləyə bilərik.

Bizim Telegram kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://report.az
archiveBu xəbər 13 Dekabr 2024 16:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri