Icma.az
close
up
RU
Fransız deputat Natalinin növbəti qərəzi...

Fransız deputat Natalinin növbəti qərəzi...

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

İcma onun fikirlərini qınayıb

Fransa Azərbaycana qarşı qərəzli mövqeyini davam etdirir. Rəsmi Paris Ermənistanın maraqlarına xidmət edərək ölkəmiz haqqında böhtan kampaniyası aparır. Fransanın dövlət başçısından, XİN rəhbərindən bu ölkənin səfiri Olivye Dekotiniyə qədər Ermənistanın “vəkili” funksiyasını yerinə yetirməkdədirlər. Digər tərəfdən, Fransanın bir sıra kütləvi informasiya vasitələri də rəsmi Parisin qərəzli mövqeyini ifadə edir. Buna nümunə olaraq  bu yaxınlarda ARTE kanalında “Azərbaycanlılar və türklər iki qardaş xalqlardır və eyni vəhşilikləri törətməyə qadirdirlər” kimi Azərbaycana qarşı böhtan və iftiralarla dolu sənədli film yayımlanmasını göstərmək olar.

Natali Luazonun erməni sevgisi

Eyni zamanda, Fransa parlamenti də Azərbaycana qarşı qərəzi ilə xüsusi fərqlənir. Ölkəmizin ərazi bütövlüyü və suverenliyini bərpa etməsindən sonra bu ölkənin parlamentinin hər iki palatasında qəbul edilmiş sənədlər bunun göstəricisidir. Belə ki, həmin sənədlərdə Azərbaycan əsassız olaraq ittiham edilir, Ermənistana və Qarabağda mövcud olmuş erməni separatçılarına açıq dəstək verilir. Bütün bunların beynəlxalq hüquq normalarına zidd olmasına baxmayaraq, Fransa parlamenti ölkəmizə qarşı qərəzindən əl çəkmək istəmir. Bu prosesdə parlamentin ayrı-ayrı üzvləri də “fəal” rol oynayırlar.

Bugünlərdə isə Avropa Parlamentinin Fransadan olan deputatı, Azərbaycana qarşı ənənəvi olaraq qərəzli münasibət sərgiləyən Natali Luazo Ermənistanın “Armenpress” mətbuat orqanına verdiyi müsahibəsində sülh prosesini pozmağa xidmət edən fikirlər səsləndirib. Müsahibəsində bir tərəfdən guya Ermənistanın suverenliyinin qeydinə qaldığını göstərməyə çalışan fransız siyasətçisi, digər tərəfdən suveren ölkə adlandırdığı Ermənistana Azərbaycanla danışıqlarda hansı mövqedə çıxış etməli olduğuna dair ağıl öyrədir. Məsələ ilə bağlı Qərbi Azərbaycan İcması bəyanat verib. Bəyanatda bildirilib ki,  N. Luazo Ermənistanı Qərbi azərbaycanlıların qayıdış hüququ və regional kommunikasiyaların açılması məsələsini müzakirə etməməyə çağıraraq əsl niyyətinin iki ölkə arasında davamlı sülhün bərqərar olmasının qarşısını almaq olduğunu açıq şəkildə nümayiş etdirir: “N.Luazo, Xocalı soyqırımı daxil olmaqla çoxsaylı müharibə cinayətləri və insanlıq əleyhinə cinayətləri törətməkdə şübhəli bilinən şəxslərin azad edilməsi kimi əsassız tələb irəli sürməklə hüquqazidd yanaşmasını bir daha ortaya qoyur. Bütün bunlar Natali Luazonun irqi əsasda ayrı-seçkili yanaşmasını və sülhə qarşı olmasını bir daha sübut edir. Bu həmçinin, ona Avropa Parlamentinin Cənubi Qafqaz ölkələri üzrə əlaqələr heyətinin rəhbər müavini rolunun həvalə edilməsinin nə qədər yanlış olduğunu göstərir”.

Qərbi Azərbaycan İcması, Natali Luazonun azərbaycanlıların qayıdış hüququna zidd və sülhə qarşı fikirlərini qınayıb.

Rəsmi Parisin gerçək niyyəti nədir?

30 il ərzində Ermənistandan və işğal olunmuş ərazilərimizdən qovulan soydaşlarımızın taleyinə biganə qalan Fransa indi əsassız olaraq Qarabağda az sayda erməninin “etnik təmizlənməyə” məruz qalması barədə dezinformasiya yayır. Rəsmi İrəvanın da Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf etdiyi halda, Paris mütəmadi olaraq bölgədən könüllü çıxan erməni sakinlərin geri qayıtması üçün canfəşanlıq edir. Eləcə də Fransa Avropa İttifaqının Müşahidə Missiyası adı altında  öz casuslarını Ermənistanla Azərbaycan arasındakı şərti sərhəddə yerləşdirib.

Yeri gəlmişkən, Fransanın rəsmi şəxsləri, hökumət üzvləri, parlamentariləri və Ermənistandakı səfiri dəfələrlə Azərbaycanla sərhədə gəlib, hansısa “təftiş” aparmağa çalışıb. Bu zaman onları Avropa İttifaqının Ermənistandakı müşahidəçilər missiyasının üzvləri ilə “müşayiət” edib. Bir müddət öncə  isə missiyanın avtomobil karvanında Aİ-nin bayrağı ilə yanaşı, Fransa bayrağının da olması rəsmi Parisin gerçək niyyətini aşkara çıxarmış oldu.

Göründüyü kimi,  Fransa Cənubi Qafqazla bağlı məkrli planlar həyata keçirməyə çalışır. Rəsmi Parisin qərəzli mövqeyi Cənubi Qafqaz regionunda vəziyyətin gərginləşməsinə xidmət edir, sülh gündəliyinin həyata keçirilməsinə, iki ölkə arasında münasibətlərin normallaşmasına zərbə vurur.

Qərbi Azərbaycan mövzusuna gəlincə, rəsmi Paris azərbaycanlıların doğma yurdlarına qayıdışını regiondakı maraqlarına “təhlükə” kimi görür. Amma Fransanın nə istəməsindən asılı olmayaraq, Qərbi azərbaycanlıların tarixi yurdlarına qayıdışı onların fundamental hüququdur. Artıq beynəlxalq ictimaiyyət də zaman keçdikcə Qərbi azərbaycanlıların qayıdışı haqqında daha geniş məlumatlandırılır. Bu məqsədlə beynəlxalq konfranslar keçirilir, xarici mediada müxtəlif məqalələr dərc olunur.

Fransanın mövqeyi sülh üçün təhdiddir

Ümumiyyətlə, Fransanın indiki mövqeyi Cənubi Qafqazda sülhə və təhlükəsizliyə böyük təhdiddir. Ermənilərin maraqları naminə bu ölkə beynəlxalq hüquqa hörmətsizlik edir, bəşəri dəyərləri ayaqlar altına atır. Bu, o deməkdir ki, Fransa hökuməti və parlamenti, bu ölkənin ayrı-ayrı siyasi dairələri uzun illərdir açıq irqçi, azərbaycanofob, türkofob və islamofob fəaliyyət nümayiş etdirirlər. Bu yanaşma artıq Fransanın dövlət siyasəti səviyyəsinə çatıb. Eyni zamanda, Fransa parlamentinin qərarları beynəlxalq hüququn normalarına və prinsiplərinə zidd olmaqla, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı qərəzli və ədalətsiz addımdır. Fransa parlamenti hələ 2020-ci ilin noyabrında - Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi zəfərdən qısa müddət sonra o vaxt Qarabağdakı separatçı rejimin tanınmasının zərurəti haqda qətnamə qəbul etmişdi. Eləcə də ordumuz Qarabağda erməni separatizminin kökünü kəsərək suverenliyimizi tam bərpa etdikdən sonra rəsmi Paris ölkəmizə qarşı qərəzini daha da artırıb. Fransanın Ermənistanı silahlandırması isə Cənubi Qafqazda yeni müharibə təhlükəsi yaradır. Bütün bunların fonunda Fransa KİV-lərinin də Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirməsi onların eyni şəbəkədən idarə olunduğunu göstərir.

Qərbi Azərbaycan mövzusu xarici mediada işıqlandırılır

Yeri gəlmişkən, Qərbi Azərbaycan həqiqətlərindən və azərbaycanlıların indiki Ermənistan ərazisindəki ata-baba yurdlarına geri qayıdış hüququndan bəhs edən “Geri qayıdış hüququ: Bizim ədalət və barışıq çağırışımız” adlı məqalə Londonda yayımlanan “The Europa today” nəşrində və 8 dildə fəaliyyət göstərən “Gulf observer” media resursunda dərc olunub. Qərbi Azərbaycan İcmasının İctimaiyyətlə əlaqələr və Qərbi Azərbaycan Televiziyası şöbəsinin müdiri-sözçüsü Ülviyyə Zülfiqarın müəllifi olduğu məqalədə ötən əsr ərzində baş vermiş sonuncu - 1987-1991-ci illər deportasiyasında 300 min azərbaycanlının öz evlərindən zorla çıxarıldığı bildirilir.

Qeyd olunur ki, Qərbi azərbaycanlıların bir araya gəldiyi İcma özünün Qayıdış Konsepsiyasını qəbul edib və bu gün onlar öz evlərinə sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıtmaq uğrunda hüquqi mübarizəni davam etdirirlər. Məqalədə İcmanın qarşı tərəfə dialoq çağırışı etməsinə, soydaşlarımızın hüquqlarının bərpasının regionda daha dayanıqlı və uzunmüddətli barışığa nail olunmasında roluna toxunulub.

Nardar BAYRAMLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:336
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 28 Dekabr 2024 11:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see572

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see420

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see296

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see295

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see289

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see268

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see235

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see231

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see219

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see215

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see213

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see212

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see210

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see208

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see202

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see199

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see199

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see189

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see187

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri