Icma.az
close
up
RU
Vaşinqton görüşünü hədəfə alanlar korrupsioner avroparlamentarilərin qərəzi

Vaşinqton görüşünü hədəfə alanlar korrupsioner avroparlamentarilərin qərəzi

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Tramp arasında keçirilən görüş, əldə olunan tarixi razılaşmalar beynəlxalq mediada, siyasi dairələrdə ən çox müzakirə olunan mövzular sırasındadır.

Bu gün Azərbaycan və Avropa İttifaqı arasında münasibətlər inkişaf edir. Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta bu gün Azərbaycan Prezidenti İlham Əliyevə zəngində Vaşinqton görüşünün nəticələrini xüsusi vurğulayıb, əldə olunmuş nailiyyətlər münasibətilə dövlət başçısını təbrik edib. Bildirib ki, Avropa İttifaqı Azərbaycan və Ermənistan arasında sülh sazişinin həyata keçirilməsinə dəstək olmağa, icmalara münaqişə illərini geridə qoymağa, davamlı sülhə, sabitliyə və rifaha doğru irəliləməyə kömək etməyə hazırdır.

Bununla belə, Avropanın bəzi siyasi xadimləri, təəssüf ki, hələ də qərəzli və arxiv fikirlərə sadiq qalırlar. Konkret olaraq, Avropa Parlamenti ənənəvi riyakarlığından əl çəkə bilmir. Erməni lobbisindən yemlənən, onlardan maliyyələşən Avropa Parlamentinin bəzi deputatları bu məsələdə Rusiyanın şovinist, qatı millətçi dairələri ilə həmrəylik nümayiş etdirirlər. İmza atdıqları bəyanatda əvvəl Vaşinqton sammiti ilə bağlı yaxşı danışsalar da, sonradan əsl mahiyyətlərini, iç üzlərini ortaya qoyublar.

Avroparlamentarilər yaydıqları bəyanatda iddia ediblər ki, Azərbaycan qoşunları Ermənistan ərazisindədir. Bəyanatı Xarici Əlaqələr Komitəsinin (AFET) sədri, Avropa Parlamentinin üzvü David Makallister, Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, Avropa Parlamentinin üzvü Sergey Laqodinski, Cənubi Qafqazla əlaqələr üzrə nümayəndə heyətinin rəhbəri, Avropa Parlamentinin üzvü Nil Uşakovs, AFET-in Ermənistan üzrə daimi məruzəçisi, Avropa Parlamentinin üzvü Miriam Leksmann, AFET-in Azərbaycan üzrə daimi məruzəçisi, Avropa Parlamentinin üzvü Dan Barna imzalayıblar.

Bəyanatda qaldırılan növbəti məsələ Bakıda məhkəmə prosesi keçirilən separatçı rejimin liderləri ilə bağlıdır. Avroparlamentarilər məhkəməyə təzyiq etməyə çalışaraq onların azad olunmasını istəyiblər.

Adları korrupsiya və rüşvətdə hallanan deputatlar Vaşinqtonda Ermənistan baş nazirinin belə dilə gətirmədiyi məsələləri qabartmaqla nəyə nail olmaq istədikləri bəllidir - hər vəchlə Azərbaycana qarşı köhnə və əsassız iddiaları gündəmdə saxlamaq.

Deyəsən, avroparlamentarilərin korşalan yaddaşlarını yeniləmək zərurəti yaranıb. Əvvəla, Ermənistan ərazisində heç bir Azərbaycan qoşunu yoxdur, Azərbaycan və Ermənistan sərhədin delimitasiya və demarkasiyası üzərində ikitərəfli formatda işləməyə razılaşıblar. Bir sözlə, birtərəfli tələblər irəli sürmək və özünü Ermənistan rəhbərliyindən daha çox erməni kimi göstərməyə çalışmaq üçün uyğun vəziyyət deyil.

"Erməni əsirlər" tələbi də absurddur. Azərbaycan erməni hərbi əsirlərini döyüş əməliyyatları başa çatan kimi "hamının-hamıya" prinsipi ilə Ermənistana təhvil verib. Terror, hərbi və insanlığa qarşı cinayətlər də daxil olmaqla Azərbaycan Cinayət Məcəlləsinin bir sıra maddələri ilə ittiham olunan şəxsləri "əsirlər" kimi təqdim etmək, ən azı, siyasi fırıldaqçılıqdır. Bu şəxslərin məsələsini Azərbaycan məhkəməsi həll edəcək.

O ki qaldı Qarabağdan könüllü çıxan erməni sakinlərin geri qayıtması məsələsinə, bu, ucuz şou kimi qiymətləndirilə bilər. Azərbaycan əvvəldən Qarabağ ermənilərinə vətəndaşlıq, siyasi və mədəni hüquqlar verməyə hazır olduğunu bildirib. Lakin onlar Azərbaycanın suverenliyi bərqərar olan ərazilərdə yaşamaq istəməyiblər və Ermənistana köçməyi üstün tutublar.

Vaşinqtondakı üçtərəfli sammitdə bu mövzuya da toxunulmayıb, ümumiyyətlə, sülh prosesindən kənara çıxılmayıb. Bu məsələlər heç sülh sazişinin paraflanması sənədində də əks olunmayıb.

Göründüyü kimi, bütün dünya, hətta vaxtilə qatı ermənipərəst mövqe sərgiləyənlər indi Vaşinqtonda imzalanan üçtərəfli razılaşmaları alqışlayır, sülh prosesinə dəstək nümayiş etdirirlər. Avropa Parlamentində erməni lobbisinin puluna möhtac qalanlar isə prosesə zərbə vurmaqda davam edir, Roma papasından artıq katolik olmağa çalışırlar.

"Report" İnformasiya Agentliyi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://oxu.az
archiveBu xəbər 14 Avqust 2025 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri