Icma.az
close
up
RU
Avroparlamentin üzvləri Azərbaycanda vətəndaş cəmiyyətinin iştirakçılığı barədə absurd fikirlər səsləndirirlər RƏY

Avroparlamentin üzvləri Azərbaycanda vətəndaş cəmiyyətinin iştirakçılığı barədə absurd fikirlər səsləndirirlər RƏY

Icma.az, Report.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Avropa Parlamentin üzvləri Azərbaycanda, əsasən də COP29-da vətəndaş cəmiyyətinin iştirakçılığı barədə absurd fikirlər səsləndirirlər.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan Milli QHT Forumun idarə heyətinin üzvü Pərvanə Vəliyeva deyib:

"Avropa Parlamenti Azərbaycan əleyhinə növbəti qərəzli və qeyri-obyektiv qətnamə edib. Qətnamədə yer alan iddialardan biri Azərbaycanda vətəndaş cəmiyyətinin iştirakçılığı ilə bağlıdır. Avropa Parlamenti üzvlərinə Azərbaycanda, əsasən də COP29-da vətəndaş cəmiyyətinin iştirakçılığı barədə absurd fikirlər səsləndirərkən faktlara əsaslanmasını və ehtiyatlı olmalarını bildirmək istərdim".

O, adıçəkilən qurumun üzvlərinə bu cür fikirlər səsləndirərkən faktlara əsaslanmalarını və ehtiyatlı olmalarını təklif edib.

“Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələri ötən ay ölkəmizdə tarixi nailiyyətlərlə yadda qalan COP29 tədbiri zamanı xüsusi fəallıq nümayiş etdirib. Konvensiyaya tərəf olan dövlətlərin kollektiv qərarına əsasən 4 Azərbaycan QHT-si Konvensiya yanında daimi əsaslarla müşahidəçi statusu əldə edib”.

Pərvanə Vəliyeva Prezident İlham Əliyevin Sərəncamı ilə 6 vətəndaş cəmiyyəti nümayəndəsinin COP29 Təşkilat Komitəsinin tərkibinə daxil edilməsini ölkə başçısının QHT-lərə yüksək etimadından irəli gəldiyini qeyd edib.

Pərvanə Vəliyeva

“Ən İnkluziv COP-lardan biri kimi yaddan qalan COP29-da 11 min 576 nəfər müşahidəçinin, o cümlədən 8356 nəfər QHT nümayəndəsinin iştirak etməsi onun dünya QHT-ləri üçün əhəmiyyətini göstərdi”.

Azərbaycan Milli QHT Forumun idarə heyətinin üzvü COP29-da təmsil olunan vətəndaş cəmiyyəti üzvlərinin birgə bəyanatına 137 ölkədən 1023 QHT təmsilçisinin imza atmasını ciddi uğur kimi qiymətləndirib.

“Dünya ölkələrinin 71%-ni əhatə edən regionlardan vətəndaş cəmiyyəti nümayəndələrinin Azərbaycan QHT-lərinin təşəbbüsünə dəstək ifadə etməsi Azərbaycanın QHT tarixində ilk dəfə baş verib. Milli QHT-lərin Yaşıl Zonada olan Pavilionunda təşkil olunan 54 tədbirdə 3 minə yaxın şəxs iştirak edib”.

Deputat hazırda beynəlxalq koalisiyaya çevrilən COP29 QHT Koalisiyasında 100 ölkədən 90 təşkilat və 500-dək QHT nümayəndəsinin təmsil olunduğunu əlavə edib.

“COP29 Azərbaycan QHT-ləri üçün beynəlxalq arenada yeni fürsətlər və imkanlar açıb. Artıq Azərbaycan vətəndaş cəmiyyəti qlobal müstəvidə tanınır, fəal QHT diplomatiyası aparır və beynəlxalq qərar qəbuletmə proseslərinə nüfuz edərək onların məcrasını müvafiq istiqamətə dəyişdirə biləcək təsirli gücə çevrilirlər”.

Milli Məclisin üzvü Qoşulmama Hərəkatı ölkələrinin, Xəzəryanı ölkələrin, Türk dövlətlərinin QHT şəbəkələrinin yaradılmasının, onların Azərbaycanın COP29 gündəliyinə uyğun fəaliyyətə cəlb edilməsinin, “Troyka” formatında QHT-lərin əməkdaşlıq platformasının yaradılmasının strateji əhəmiyyət kəsb etdiyini vurğulayıb.

“QHT-lər tədbir məkanından kənarda da bir sıra tədbirlər təşkil etdilər. COP29 zamanı keçirilmiş dinc aksiyalar da Azərbaycan vətəndaş cəmiyyətinin rolunu və təsirini göstərib”.

Bizim Telegram kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://report.az
archiveBu xəbər 20 Dekabr 2024 17:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see302

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see241

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see219

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see191

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see174

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see174

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see166

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see156

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see155

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see155

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see153

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see149

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see148

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see147

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri