Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Azərbaycanda vətəndaş cəmiyyətinin mövcüd durumu II HİSSƏ

Azərbaycanda vətəndaş cəmiyyətinin mövcüd durumu II HİSSƏ

Icma.az, Hurriyyet saytına istinadən bildirir.

Əliməmməd Nuriyev: “Azərbaycanda QHT-lərin ən böyük problemlərindən biri alternativ maliyyə mənbələrinin məhdud olmasıdır”

“Vətəndaşlar yalnız QHT layihələrindən faydalanan tərəf kimi deyil, həm də bu prosesin içində iştirakçı kimi çıxış etməlidirlər”

Hər bir dövlətin inkişafında vətəndaş cəmiyyətinin özünəməxsus rolu vardır. “Vətəndaş cəmiyyəti” dedikdə dövlət və kommersiya fəaliyyətinə nisbətən müstəqil olan ayrı-ayrı fərdlərin və qrupların öz maraqları və dəyərləri naminə əməkdaşlıq etdiyi ictimai sfera nəzərdə tutulur. Yəni vətəndaşların öz şəxsi təşəbbüskarlıqları ilə yaratdıqları qeyri-dövlət müəsisələri, icarə kollektivləri, aksioner təşkilatlar, korporasiyalar və digər könüllü ictimai birliklər nəzərdə tutulur.

Vətəndaş cəmiyyəti dövlət qurumlarından asılı olmayan, lakin müvafiq rəsmi təşkilatlarla bu və ya digər şəkildə əməkdaşlıq edən ictimai sfera kimi hüquqi dövlət quruculuğuna, cəmiyyətin inkişafına töhfə verir. Heç də təsadüfi deyil ki, Azərbaycan dövləti vətəndaş cəmiyyətinin inkişafına böyük dəstək göstərir, bu sferanın genişlənməsi naminə mütəmadi olaraq qrand layihələri elan edir.

O cümlədən, müxtəlif sahələri əhatə edən ictimai birliklərin sayının son zamanlar surətlə artması da, bu sahəyə dövlət qayğısının bariz nümunəsi hesab oluna bilər. Bəs, bu gün vətəndaş cəmiyyəti nümayəndələrinin özləri bu haqda nə düşünür? Onlar dövlətin bu sahəyə dəstəyini yetərli hesab edirlər?

Bu və ya digər suallarımıza Konstitusiya Araşdırmalar Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyevlə söhbətimizdə cavab tapmağa çalışdıq.

(Əvvəli bu linkdə: https://hurriyyet.az/az/post/azerbaycanda-vetendas-cemiyyetinin-movcud-durumu---musahibe-444761)

- Bu gün ölkəmizdə aktiv fəaliyyət göstərən yüzlərlə qeyri-hökümət təşkilatı, ictimai birlik mövcuddur və onlar istər “QHT Şurası”ndan, istər də müvafiq dövlət qurumlarından maddi dəstək alaraq, öz layihələrini həyata keçirirlər. Sizcə, dövlətin vətəndaş cəmiyyətinə dəstəyi yetərlidirmi?

- Azərbaycanda bu gün yüzlərlə qeyri-hökümət təşkilatı və ictimai birlik fəaliyyət göstərir. Statistikaya baxsaq görərik ki, ölkəmizdə 4 minə yaxın qeyri-hökümət təşkilatı və ictimai birlik fəaliyyət göstərir. Onların bir çoxu QHT agentliyindən və digər dövlət qurumlarından maliyyə dəstəyi alaraq, müxtəlif layihələr həyata keçirirlər. Bunlar vətəndaş cəmiyyətinin güclənməsi üçün vacibdir. Məsələnin digər tərəfi isə odur ki, bu dəstək doğurdanmı yetərlidir? Vətəndaş cəmiyyətinin həqiqi müstəqilliyi, nəticəvi lahiyələri həyata keçirməsi üçün kifayət edirmi?

Əslində, vətəndaş cəmiyyəti təkcə qeyri-hökümət təşkilatlarından ibarət deyil. Bu, insanların öz cəmiyyətlərini daha yaxşı etmək üçün problemlərinin həllini axtardığı bir sistemdir. Yəni vətəndaş cəmiyyətinə bir sistem kimi yanaşmaq lazımdır. Vətəndaş cəmiyyəti həm dövlətin, həm də insanların ortaq maraqlarını qoruyur. Bəzi ölkələrdə vətəndaş cəmiyyəti dövlətin dəstəyi ilə fəaliyyət göstərir, yəni dövlət müəyyən maliyyə ayırır və qanunlarla bu sahəni tənzimləyir, prosesin içində qalır. Digər ölkələrdə isə QHT-lər özəl sektora beynəxalq donorların dəstəyi ilə işləyirlər. Yəni tam müstəqil olurlar.

Azərbaycanda vətəndaş cəmiyyətinin modelliyi birinciyə daha yaxındır. Yəni dövlətin dəstəyi ilə fəaliyyət göstərir, dövlət maliyyə ayırır, qanunlarla tənzimləyir. Belə desək, dövlətin bu sahəyə aktiv müdaxiləsi və maddi dəstəyi var. Bu yanaşmanın həm üstün, həm də məhdudlaşdırıcı cəhətləri var. Bir tərəfdən baxanda, dövlətin QHT-ləri maliyyələşdirməsi müsbət haldır. Çünki bu, onların davamlı fəaliyyət göstərməsinə imkan yaradır. Amma, digər tərəfdən, maliyyə asılılığı müəyyən problemlər də yarada bilər. Ona görə, hər şeydən əvvəl ilk növbədə vətəndaş cəmiyyəti yalnız dövlətin ayırdığı vəsait hesabına ayağa qalxırsa, onu tam müstəqil işləməsinə mane ola bilər.

Bir çox hallarda vətəndaş cəmiyyəti ayri-ayrı dövlət qurumlarından asılı vəziyyətə düşür. İstər-istəməz dövlətin müəyyən etdiyi çərçivədə qalır. Əlbəttə, dövlətin milli maraqları, suverenliyi, təhlükəsizliyi - qırmızı cizgilərdir və bütün vətəndaş cəmiyyəti də bu qırmızı cizgilərə uyğun olaraq fəaliyyət göstərir. Bir də var, ayrı-ayrı dövlət qurumlarından tam asılı vəziyyətə düşmək. Bax, bu, vətəndaş cəmiyyətinin yetərli qədər öz fəlsəfəsindən uzaqlaşmasını göstərir.

- Belə anlaşılır ki, Azərbaycanda QHT-lərin ən böyük problemlərindən biri alternativ maliyyə mənbələrinin məhdud olmasıdır...

- Bəli. Əgər xarici donorların fəaliyyəti məhdudlaşdırılıbsa və özəl sektor bu sahəyə ciddi maliyyə yatırmırsa, QHT-lər artıq dövlətin ayırdığı məbləğlə işləmək məvburiyyətində qalacaq. Ona görə də alternativ maliyyə mənbələrinin inkişaf etməsi vacib məsələdir. Digər tərəfdən, cəmiyyətin proseslərə marağı necədir? QHT təkcə dövlətin ayırdığı vəsaitlərlə işləməməlidir, cəmiyyətin özü proseslərdə iştirak etməlidir. İnsanlar vətəndaş cəmiyyətini özlərindən uzaq bir qurum kimi yox, öz həyatlarına təsir edə biləcək vasitə kimi görməlidirlər. Amma bizim vətəndaş cəmiyyəti gərək bu istiqamətdə “magistral yola” çıxsın. Vətəndaşlarımız görsün ki, məhz cəmiyyətin maraqlarını daha çox ifadə etməyə çağırır. O zaman vətəndaş cəmiyyətinin bir hissəsi olaraq bizim vətəndaşlar özlərini görəcək, onlara geniş həm maliyyə resursu, həm intellektual, həm də digər təşəbbüs dəstəkləri göstərəcəklər.

Vətəndaş cəmiyyətinin güclü olması üçün təkcə maliyyə dəstəyi yetərli deyil. Bəzi vacib məsələlər də var ki, onun həlli prosesi vətəndaş cəmiyyətinin daha sağlam irəliləməsinə kömək edə bilər. İlk növbədə vətəndaş cəmiyyəti ilə bağlı qanunvericilik bazasının daha da gücləndirilməsi, daha da təkmilləşdirilməsi vacibdir. Məsələn, qeyri-hökümət təşkilatlarının qeydiyyat prosesinin sadələşdirilməsi. Eyni zamanda, vətəndaş cəmiyyətinin hesabatlılığı ilə bağlı proseslər daha şəffaf, daha əlçatan olmalıdır. Yəni cəmiyyətimizin hər bir üzvü görməlidir ki, vətəndaş cəmiyyəti nə edir, necə edir, hansı mənbələr hesabına edir və hansı nəticələrə nail olmuşdur. Ona görə də ilk növbədə qanunvericiliyin bu istiqamətdə daha da təkmilləşdirilməsinə ehtiyac var. Həm qeydiyyat, həm şəffaflıq, hesabatlılıqla bağlı məsələlərin, həm də maliyyə mənbələrinə əlçatanlığın gücləndirilməsi...

Vacib məsələlərdən biri də alternativ maliyyə mənbələrinin yaradılmasıdır. QHT-lər təkcə dövlətdən deyil, həm də özəl sektordan - cəmiyyətdən maliyyə vəsaiti ala bilməlidirlər. Bunun üçün imkan olmalıdır. Özəl sektor bu proseslərə daha dərindən daxil olmalıdır. Özəl sektoru bu istiqamətdə maraqlandırmaq lazımdır. Bilməlidir ki, nəyə görə vətəndaş cəmiyyətinin layihələrinə dəstək verməlidir.

Digər vacib məsələlərdən biri də odur ki, əgər vətəndaş cəmiyyətinin layihələrini dəstəkləyirsə, özəl sektora vergi güzəştləri olmalıdır. Bununla bağlı ayrılan vəsait bütövlükdə vergidən azad edilməlidir. Bu, həm vətəndaş cəmiyyətinin maliyyə mənbələrini genişləndirəcək, həm də bununla dövlət vətəndaş cəmiyyəti ilə özəl sektorun daha yaxşı əməkdaşlıq platforması yaratmasına gətirib çıxaracaq.

Mən hər zaman söyləmişəm, cəmiyyətin özü 3 sütun üzərindədir:  bir tərəfdə dövlət, bir tərəfdə özəl sektor, bir tərəfdə də vətəndaş cəmiyyətidir. Nə qədər bunlar arasında harmonik əlaqə varsa və bir-birini dəstəkləyirlərsə, o qədər cəmiyyətin dayanıqlı inkişafı surətlənəcək, o firavanlıq daha da genişlənəcək. Sosial dövlət tam mənada özünün gerçək bir ifadəsini tapacaq.

Əlbəttə, insanlar da yalnız QHT layihələrindən faydalanan tərəf kimi deyil, həm də bu prosesin içində iştirakçı kimi çıxış etməlidirlər. Bəziləri gözləyir ki, QHT su çəkdi, hansısa problemi həll etdi və faydalandı. Daşkəsəndə vaxtilə Yapaniya səfirliyinin dəstəyi ilə biz 8 kilometrlik məsafədən kəndə su çəkdik və bir neçə yerdə bulaqlar yaratdıq, böyük su çənləri düzəltdik. Həmin kənd içməli su ilə təmin oluna bilmirdi. Su dağdan gətirilməli idi. Biz bu işləri görüb, bələdiyyəyə və ərazi icra nümayəndəsinə təhvil verdik. Amma bir il keçəndən sonra gördük ki, həmin bulaqların “kran”ları sındırılıb. Yenidən onları bərpa etdik. Yəni vətəndaş cəmiyyəti bunu edir və onların ehtiyaclarını ödəyirsə, eyni zamanda insanlar da onu qorumalıdır. Hətta onu inkişaf etdirib, daha da genişləndirməlidirlər. Bu baxımdan, hesab edirəm ki, ən vacib məsələlərdən biri də proseslərdə passiv fərd, gözləyən, faydalanan tərəf kimi yox, aktiv tərəf kimi iştirak etməkdir. Vətəndaşlar nə qədər fəal olsalar, bir o qədər vətəndaş cəmiyyətinin inkişafına təkan vermiş olarlar.

- Qeyd etdiniz ki, bəzi hallarda QHT-lər, ictimai birliklər müvafiq qurumlardan asılı vəziyyətə düşür. Bəs, vətəndaş cəmiyyətinin tam müstəqil olması üçün nə etməliyik?

- Biz ələbaxımlılıqdan bir qədər uzaqlaşmalıyıq. Şübhəsiz ki, dövlətin bu proseslərdə rolu müstəsnadır. Amma, eyni zamanda dövlət nəsə verirsə, biz də bu proseslərə nəsə verməliyik. Yəni bu, birtərəfli olmamalıdır. Biz bu sualın cavabını o zaman tapa biləcəyik ki, cəmiyyət nə qədər aktiv olacaq, dövlətin hüquq çərçivələri nə qədər bu açıqlığa, şəffaflığa yeni fürsətlər verəcək, özəl sektor bu prosesə necə qoşulacaq... Bütün bunlardan asılıdır. Əgər biz güclü vətəndaş cəmiyyəti istəyiriksə, onun şəffaflığına yalnız dövlət deyil, cəmiyyətin özü töhfə verməlidir. O zaman da güclü dövlət, güclü özəl sektorun şahidi olacağıq.

“Hürriyyət”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 10 Mart 2025 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see311

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see300

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see272

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see253

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see251

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see245

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see241

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see237

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see221

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see217

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see215

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see213

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see213

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see211

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see207

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see205

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see204

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see195

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see180

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri