Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

ChatGPT də problem yarandı

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

AVROPAYA DOĞRU BİR ADDIM İRƏLİ, İKİ ADDIM GERİ Paşinyan hökuməti niyə seçim edə bilmir? AzPolitika onlayn siyasiictimai qəzet

AVROPAYA DOĞRU BİR ADDIM İRƏLİ, İKİ ADDIM GERİ Paşinyan hökuməti niyə seçim edə bilmir? AzPolitika onlayn siyasiictimai qəzet

Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ermənistan hökuməti yanvarın 9-da keçirilən iclasında “Ermənistan Respublikasının Avropa İttifaqına (Aİ) qoşulması prosesinin başlanması haqqında” qanun layihəsini təsdiqləyib. Hökumətin iclası zamanı Ermənistanın Baş naziri Nikol Paşinyan vurğulayıb ki, qanun layihəsinin qəbulu Avropa İttifaqına üzvlük demək deyil. Onun sözlərinə görə, həmin məsələ ilə bağlı referendum keçirmək lazımdır.

Xarici işlər naziri Ararat Mirzoyan isə bildirib ki, mülki təşəbbüs kimi Ermənistanın Aİ-yə daxil olması prosesinin başlanmasına dair qanun layihəsi parlamentə baxılmaq üçün təqdim edilib və indi hökumət öz mövqeyini bildirməlidir: “Biz bir neçə halı nəzərə alaraq müsbət mövqe bildirməyi təklif edirik”.

Mirzoyan onlardan bəzilərini sadalayıb. Aİ-nin Ermənistanda mülki monitorinq missiyasının yerləşdirilməsini, iqtisadi dayanıqlığının gücləndirilməsinə kömək etməyə hazır olduğunu bəyan etməsini, azad rəqabət mühitinə, inkişaf etmiş elmə malik olmasını xüsusi qeyd edib.

Paşinyan hökumətinin bu addımına Kremldən dərhal reaksiya gəlib. Prezident V.Putinin sözçüsü Dmitri Peskov bildirib ki, Ermənistan eyni vaxtda Aİ və Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzvü ola bilməz.

“Ermənistanın Aİ-yə üzvlüyü nə deməkdir? Hazırda bunu demək çətindir, lakin bu məsələyə hipotetik ölçüdə baxsaq, o zaman iki fərqli təşkilatın üzvü olmaq mümkün deyil”, - Peskov bildirib.

Kreml sözçüsünə görə, “əlbəttə, bu, Ermənistanın suveren hüququdur, lakin nəzərə almaq lazımdır ki, Aİİ-yə üzvlük faydalıdır”.

Qeyd edək ki, Ermənistan Rusiyanın liderlik etdiyi Avrasiya İqtisadi İttifaqının üzvüdür. 2024-ü ildə İrəvanın bu birlik üzvləri, o cümlədən Rusiya ilə xarici ticarəti 16 milyard dollardan çox olub. Ekspertlərə görə, Ermənistan Rusiyaya Qərbin iqtisadi sanksiyalarından yayınmaqda kömək edir. Ölkənin ixraının əsas hissəsi Qərb şirkətindən alınan və sanksiyalar siyahısnda olan məhsullar təşkil edir. Rusiya xüsusən elektronika avadanlıqlarını Ermənistan üzrəindən Qərb ölkələrindən alır.

Ermənistanın 2024-cü ildə ümumi ixracı 28 milyard dollardan çox olub və bir il əvvələ nisbətdə bu, az qala ikiqat artımdır. Ekspertlər bildirilər ki, Ermənistanın dövlət və özəl şirkətləri Rusiyadan, qızıl, almaz, brilliant və s. zərgərlik məmulatlarını alır, bir müddət ölkədə saxlayır və daha sonra öz məhsulu kimi ərəb ölkələrinə ixrac edir (Aİİ ticarət qaydaları buna imkan verir). Bu da ölkəyə külli miqdarda valyuta gətirir. Ötən ilin birinci yarısında 4.1 milyard dollar dəyərəində 59 ton ton rus qızılı Ermənistan vasitəsi ilə müxtəlif ölkələrə satılıb.

Peskovun dərhal reaksiyası da Ermənistana Rusiya hesabına qazanılan milyardları xatırlatmaqdır. Ölkənin Avropa İttifaqı ilə ticarəti Aİİ-dən 3 dəfəyə yaxn azdır - 4 milyard dollar civarındadır.

Maraqlıdır, Ermənistan rəhbərliyi Moskvanın sərt reaksiyasını niyə nəzərə almır və nəyə ümid edir?

Hələ ötən ilin oktyabrında İrəvana səfər edən Rusiya Baş nazirinin müavini Aleksey Overçuk açıq mətnlə Paşinyan hökumətini təhdid edərək Avropa İttifaqı və Avrasiya İqtisadi İttifaqı arasında seçim etməli olduğunu bildirmişdi. Onun sözlərinə görə, bu məsələdə Rusiyanın mövqeyi aydın və prinsipialdır: əgər Ermənistan Avropa İttifaqına doğru real addımlar atarsa, Moskva iqtisadi münasibətləri yenidən nəzərdən keçirəcək. Bunu elə bu gün Peskov da dilə gətirib.

Paşinyan Rusiyanın reaksiyasını yumşaltmaq üçün hökumətin iclasında bildirib ki, qanun layihəsinin qəbulu Avropa İttifaqına üzvlük demək deyil. Əslində doğru deyir, iqtisadi inkişafdan qalmış, sovetdən qalma sənaye müəssisələrinə sahib, qanunverciliyində çoxsaylı uyğunsuzluqlar olan Ermənistanın Avropa İttifaqının qapılarına yaxınlaşmasına illərlə vaxt lazımdır. Bu sürəci keçmək üçün Avropa Birliyinin maliyyə texniki yardımları şübhəsiz ki olacaq. Amma Rusiya ilə perspektivdə görünən iqtisadi qopmaların yerini doldurmaq üçün real mənbələr lazımdır.

Avropa İttifaqı ölkələri Ermənistan üçün bazar deyil, bu səviyyəyə qalxmaq üçün yüksək texnoloji, idarəetmə islahatları keçmək lazımdır. Paşinyan hökuməti ümidini Türkiyə ilə sərhədlərin açılmasına və iqtisadi əlaqələrin sürətli bərpasına bağlayır. Bu istiqamətdə ABŞ və Avropa İttifaqı Ankara ilə dialoq aparır. Amma bu məsələdə real irəliləyiş Azərbayanın mövqeyindən asıldır. Türkiyə rəhbərliyi bu məsələdə Bakının razılığı olmadan addım atmaz. Bu mövqe elə prezidentlər Ərdoğan-Əliyev arasında baş tutan son telefon danışığında da ifadə olunub.

Görünür, Ermənistan hakimiyyətini beynəlxalq münasibətlərin həssas dövründə bu addımı atmağa məcbur edən səbəblər var. Çünki Paşşinyan iqtidarına “maya qoyan” Qərb strukturlarının əsas gözləntisi İrəvanın Rusiyanın təsirindən çıxmaq istiqamətində addımlar atmasıdır. Bura Rusiya hərbi bazalarının Ermənistandan çıxarılması, dövlət sərhədlərinə nəzarətin ölkənin özünə qaytarılması, iqtisadiyyatdakı inhisratçı Rusiya şirkətlərinin bazardan çıxarılması və s. daxildir. Bəs Ermənistan hakimiyyətində bu barədə qərarları qəbul etməyə iradə varmı? Görünən odur ki, yox.

Dünən xarici işlər naziri Arart Mirzoyan da Rusiya hərbi bazalarının ölkədən çıxarılmasının gündəmdə olmadığını bildirdi...

Beləliklə, Paşinyan hökumətinin hələ bir müddət siyasi spekuliyasiları, manipuliyasiyaları davam etdirəcəyi, real addımlar əvəzinə gurultulu bəyanatlar səsləndirəcəyi gözləniləndir. Rusiya-Ukrayna müharibəsinin nəticələri görünməyinə qədər İrəvan ortada belə var-gəl edəcək.. Sözdə Avropaya doğru inteqrasiya edəcəyini bildirsə də, reallıqda Rusiyanın forpostu, İranın arxa qapısı olaraq qalacaq.

E.Rüstəmli

“AzPolitika.info”       

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 10 Yanvar 2025 11:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see207

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see187

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see184

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see180

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see168

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see166

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see164

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see162

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see150

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see146

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see143

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see142

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see137

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see137

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see131

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see130

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri