Icma.az
close
up
RU
Avroviziya 2025 : Azərbaycanın mahnısı bəlli olub

Avroviziya 2025 : Azərbaycanın mahnısı bəlli olub

Icma.az, Reyting.az saytına istinadən bildirir.


Azərbaycanın "Avroviziya 2025" mahnı müsabiqəsindəki rəsmi mahnısı bəlli olub.
Reyting.az-
ın məlumatına görə, Mamagama qrupu may ayında Avropa səhnəsinə "Run with U" adlı dinamik və enerjili mahnı ilə çıxacaq.
Mahnının sözləri Asəf Mişiyevə (Saphael Mishi), musiqisi isə Asəf Mişiyev (Saphael Mishi), Həsən Heydər (KHVS) və Roman Zilianevə (Roman Zee) aiddir.
“Run with U” müasir səs texnologiyası, güclü ritmləri və təsirli melodiyası ilə "Avroviziya" səhnəsinə yeni bir nəfəs gətirir. Mahnı dinləyicilərə ruhlandırıcı bir hiss bəxş etməyi hədəfləyir.
Mahnının futuristik üslubda çəkilmiş rəsmi klipində Azərbaycanın "Avroviziya" tarixində iştirak etmiş sənətçilər də yer alır. Klipin əsas süjeti musiqinin gücünü vurğulayan maraqlı bir hekayəyə əsaslanır: bir robot həyata qayıtmaq üçün mübarizə aparır, lakin qrup üzvləri Həsən və Arifin bütün cəhdlərinə baxmayaraq, bu mümkün olmur. Onlara dəstək olmaq üçün 2023-cü ilin "Avroviziya" iştirakçıları, əkiz qardaşlar Tural və Turan da qoşulur, lakin bu, onlarda da alınmır.
Sonda, 2024-cü ilin iştirakçıları Fahree və İlkin Dövlətovun gəlişi ilə hər şey dəyişir. Əsrarəngiz səsi ilə seçilən və muğamlarımızın möhtəşəm ifaçısı olan İlkin, Azərbaycanın dərin mədəni irsini yaşadan sazı gətirir və onu Həsən və Arifə təqdim edir. Sazın simlərinə toxunulduğu anda sehr baş verir – robot həyata qayıdır.
Əvvəlki illərdə Azərbaycan milli alətləri "Avroviziya" səhnəsində yer alsa da, ilk dəfə olaraq sazın sədaları bütün Avropaya yayılacaq. Bu alət musiqinin ruh və insan arasındakı güclü əlaqəsini, hətta cansız obyektlərə belə həyat vermə gücünü simvolizə edir.
Klipin yaradıcı heyəti musiqi və vizual estetikanın mükəmməl ahəngini yaratmağa çalışıb. "Avroviziya"da Azərbaycan nümayəndə heyətinin rəhbəri Nurlana Cəfərova və media rəhbəri Turab Teymurov bu barədə fikirlərini bölüşüb: "Biz bu klipi sadəcə bir musiqi videosu kimi deyil, həm də dərin mənaya malik bir hekayə kimi qurduq. Robotun həyata qayıtması yalnız texnologiyanın deyil, musiqinin insan ruhuna təsir edən əbədi gücünün göstəricisidir. Sazın bu prosesdə əsas rol oynaması isə mədəni irsimizə olan sevgimizin və hörmətimizin simvoludur. Ümid edirik ki, bu vizual və musiqi harmoniyası tamaşaçılara unudulmaz bir təcrübə bəxş edəcək."
Klipin rejissoru Elvin Əhmədoğludur.
Mamagama qrupu gənc və istedadlı musiqiçilərdən – Asəf Mişiyev, Həsən Heydər və Arif İmanovdan ibarətdir. Onların musiqisi fərqli üslubların birləşməsi və modern yanaşmaları ilə seçilir. "Run with U" mahnısı qrupun yaradıcılığını beynəlxalq auditoriyaya tanıtmaq üçün böyük bir imkan olacaq. Mamagama mayın 13-də "Avroviziya" mahnı müsabiqəsinin birinci yarımfinalının ikinci hissəsində səhnəyə çıxacaq.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:460
embedMənbə:https://reyting.az
archiveBu xəbər 19 Fevral 2025 18:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see661

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see335

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see326

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see326

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see319

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see295

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see287

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see283

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see279

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see258

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see257

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see256

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see249

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see247

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see240

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see237

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see220

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see218

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see211

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri