Icma.az
close
up
RU
Avroviziya da iştirak edəcək ölkələrin rəsmi siyahısı bu tarixdə bəlli olacaq

Avroviziya da iştirak edəcək ölkələrin rəsmi siyahısı bu tarixdə bəlli olacaq

Axsham.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xəbər verdiyimiz kimi, İsrailin 2026-cı ildə “Avroviziya” mahnı müsabiqəsində iştirakına rəsmi olaraq icazə verilib.

Axşam.az-ın məlumatına görə, Avropa Yayım İttifaqı (AYB) sözügedən mahnı müsabiqəsində etimadı, şəffaflığı və neytrallığı gücləndirməyə yönəlmiş islahatlar aparıblar. Bu barədə təşkilatın rəsmi bəyanatında bildirilib.

Qeyd olunur ki, 4 dekabrda Cenevrədə keçirilən Baş Assambleyada AYB üzvləri müsabiqənin qaydalarına bir sıra hədəfli dəyişiklikləri təsdiqləyiblər. Sözügedən dəyişikliklər bütün üzv ölkələrin yeni qaydalara əməl etmək şərtilə "Avroviziya-2026"da iştirakını mümkün edir.

Bəyanata əsasən, üzvlərə ötən ay açıqlanan əlavə təminat və tədbirlərlə bağlı gizli səsvermə təklif olunub. Üzvlərin əksəriyyəti növbəti il üçün ayrıca iştirak səsverməsinə ehtiyac olmadığını bildirib və "Avroviziya-2026"nın planlaşdırıldığı kimi, əlavə müdafiə mexanizmləri ilə keçirilməsini dəstəkləyib.

Səsvermə ərəfəsində təşkilat daxilində geniş müzakirələr aparılıb. Üzvlər müsabiqədə iştirakla bağlı müxtəlif fikirlər səsləndirib və xüsusilə ictimai medianın müstəqilliyinin, eləcə də münaqişə zonalarında – o cümlədən Qəzzada – mətbuat azadlığının qorunmasının əhəmiyyətini vurğulayıblar.

AYB prezidenti Delfin Ernot-Künçi bildirib ki, səsvermənin nəticəsi müsabiqənin şəffaflığına və ona olan etimada ümumi bağlılığı nümayiş etdirir:

“Bu il aparılan geniş məsləhətləşmələr və üzvlərin konstruktiv müzakirələri "Avroviziya"nın qaydalarında mühüm dəyişikliklərə səbəb oldu. Müsabiqə birlik və mədəniyyətlərarası mübadilə üçün vacib platforma olaraq qalır”.

Səsvermədən sonra 2026-cı il müsabiqəsində iştirak etmək istəyən yayımçı qurumlar bunu rəsmi şəkildə təsdiqləməlidir. "Avroviziya"nın 70-ci yubiley buraxılışının tam iştirakçı siyahısı 25 dekabradək açıqlanacaq.

Bununla yanaşı, bir sıra ölkələr – İspaniya, Sloveniya, İrlandiya və Niderland – İsrailin iştirakının təsdiqlənməsinə etiraz edərək "Avroviziya-2026"dan imtina etdiklərini bəyan ediblər. İsrailin müsabiqədə iştirakı son aylarda AYB daxilində ciddi mübahisələrə səbəb olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:40
embedMənbə:https://axsam.az
archiveBu xəbər 05 Dekabr 2025 12:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see272

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see215

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see195

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see168

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see162

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see159

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see152

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see148

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see144

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see139

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see138

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see133

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see133

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see129

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see127

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri