Icma.az
close
up
RU
“Avroviziyadan sonra necə toya gedə bilərsən?”

“Avroviziyadan sonra necə toya gedə bilərsən?”

Icma.az, Olay.az portalına istinadən məlumat verir.

“Avroviziyadan sonra necə toya gedə bilərsən?”

Müğənni Ayaz Babayev OLAY-a sənət fəaliyyətindən, planlarından və dostlarından danışıb. 

Rəqabətdən söz açan Ayaz deyib ki, sənətə yeni başlayan həmkarlarına dəstək olur:

“Hamıya qucaq açan sənətçiyəm. Hamını paylaşıram, kompleksim yoxdur. Mənə qarşı nifrəti olan sənətçiləri blok etmişəm. Həm sosial şəbəkələrdə, həm real həyatda. Qarşı-qarşıya gələndə salam versə, almaram. Çünki zamanında çox “quyumu qazıblar”. Lakin özüm çox rahatam, kim gəlir xoş gəlir. Uzağı o yaxşı mahnı yayımlayacaq, mən ondan da yaxşısını yayımlayacağam. Şou-biznesdən uzağam, tək-tük dostum olar ya yox”.

A. Babayev həmçinin blogerlərlə dostluğundan bəhs edib:

“İnfluenserlərlə dostluğum 10 ilə yaxındır. Əksəriyyəti onda influenser, bloger deyildi. Mənim sənətdən demək olar dostum yoxdur, hamısı real həyatda yaranan dostluqdur. Mənim münqaisbətlərimi kiməsə görə yaşamıram. Kimin xoşuna gəlmirsə, məndən uzaq gəz”. 

“Avroviziya”dan danışan Ayaz deyib ki, özünü orada görmür:

“Özümü orada görmürəm. Ona görə yox ki, orada meqa, ultra nəsə lazımdır. Yox. Məsələn, Patrisiya Kaas 80 yaşında getmişdi. Mən ortadayam, sevənlər qədər, sevməyənlər də var. Ora gedib uğurlu nəticə göstərsəm, “wow” bir şey olacaq. Amma pis nəticə olsa... Məsələn, Elnur Hüseynov ikinci dəfə gedəndə layiq olduğu yeri tutmadı. Mən gedib ordan aşağı yer tutsam, deyəcəklər, biz demişdik də, bu müğənni deyildi. O riskə girmirəm. Fikir verirsinizsə, dünyada öz sözünü demiş ulduzlar Avroviziyaya getmir. Məsələn, Tarkan. Demirəm, Tarkanam. Tarkanı Türkiyə illərlə göndərmək istədi, getmədi. Demirəm ki, getsəm, 1-ci yer tutaram, məndən qat-qat istedadlı insanlar var. Özümü orada görmürəm, bugünkü populyarlığımı riskə atmaq istəmirəm. Mən “Altın Kelebek” mükafatlandırma mərasimindən sonra Azərbaycanda heç bir ödül gecəsinə getmirəm. Getdim, işığı, tüstüsü, adam eyforiyaya düşür. Deyirlər, Avroviziyadan gələn insanlar fəaliyyət göstərmir, onları yaxşı başa düşürəm. Gedirsən, orada xoşbəxtlik gəlir sənə ki, bu nə səhnədir... Sonra Azərbaycanda ödül gecəsinə gedirsən ki, sənə qədər 40 kosmetoloqa ödül verilir, sonra bir müğənniyə. Ona görə Azərbaycanda ödül gecəsinə getmirəm, Düşünürəm ki, Avroviziyaya getsəm... Gedirsən, bütün Avropanın qarşısında çıxış edirsən, sabah toyda necə oxuya bilərsən? Heç kim sənə heç nə deməz. Amma özün düşünürsən ki, ora ilə bura... Bu gün get-gəldə qalmaq istəmərəm”.

Yusuf Güney, İrem Derici kimi türk müğənnilərlər dostluğundan danışan Ayaz deyib ki, Türkiyə şou-biznesinə daxil olmaq istəməz:

“Türkiyənin indiki vəziyyətinə nəzər salanda konsertlər təxirə salınır. Düşünmürəm ki, orada qalım. Orada işçi görüb burada qiymətimi qaldırmaqdır məqsəd, o şou-biznesə girmək deyil. Orada nüfuz  çoxdur, çox artist  var. Bir il layihə təqdim etməsən, unudulursan. Bizim millət o qədər vəfalıdır ki, baxırsan kimsə 30 il əvvəl hit oxuyub, bu gün də o mahnısı ilə konsertlərə məclislərə gedir. Karyeramı burada davam edirəm. Gələcəkdə ola bilsin ki, karyeramı sonlandırıb, xaricdə həyatıma davam edim”.

Samirə Ərəblinskaya

Video: Soltan İbrahimov

Montaj: Rəşad Əliyev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:195
embedMənbə:https://olay.az
archiveBu xəbər 11 Yanvar 2025 21:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see499

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see272

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see267

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see265

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see258

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see257

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see256

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see245

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see226

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see226

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see224

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see221

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see215

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see214

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see211

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see207

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see202

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see202

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see199

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri