Avstraliya millisində narkotik qalmaqalı
futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Avstraliya millisinin hücumçusu Kristian Volpato qalmaqalla gündəmə gəlib.
Futbolpress.az xəbər verir ki, DÇ-də çıxış etdikdən cəmi bir neçə həftə sonra Sidneyə yollanan 22 yaşlı futbolçu polisin keçirdiyi reyd zamanı saxlanılıb.
“Anzac” körpüsündə sürət həddini aşaraq saatda 60 km yolverilən ərazidə “BMW” markalı avtomobillə 109 km/saat sürətlə hərəkət edən hücumçu yoxlanışdan keçirilib. Nəticədə onun qanında kokain aşkar olunub. Hüquq-mühafizə orqanları gənc futbolçuya cərimə tətbiq edib və onun beynəlxalq sürücülük hüququnu 6 ay müddətinə məhdudlaşdırıb.
İtaliyanın “Sassuolo” klubunda çıxış edən və bir müddət əvvəl Avstraliya yığmasında oynamağı seçən Volpato DÇ-2026-da “Sokkeruz”un heyətində 3 matçda meydana çıxıb.
Avstraliya Futbol Federasiyası (FA) və Peşəkar Futbolçular Assosiasiyası (PFA) məsələ ilə bağlı bəyanat yayaraq, araşdırmanın gedişatını diqqətlə izlədiklərini və oyunçuya lazımi dəstəyin göstəriləcəyini bildiriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 24 İyul 2026 18:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















