Avstraliyada hicablı senator iclasa 6 aylıq qızı ilə gəldi Video
Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Avstraliya Senatının iclası zamanı baş verən maraqlı və kövrək an sosial şəbəkələrdə böyük marağa səbəb olub.
Bizim.Media tengrinews nəşrinə istinadən xəbər verir ki, noyabrın 24-də avstraliyalı senatorlar internet təhlükəsizliyi haqqında qanun layihəsini müzakirə ediblər. Müzakirələrdə iştirak edən senator Fatima Peyman iclasa altı aylıq qızı Aliya ilə gəlib.
Senator qanun layihəsi ilə bağlı çıxış edərkən iclasın digər iştirakçısı Lidiya Torp körpəni əyləndirmək qərarına gəlib. O, əlləri ilə üzünü örtüb yenidən açaraq balaca Aliya ilə “ku-ku” oyunu oynayıb.
Bu anlar videoya düşüb və sosial şəbəkələrdə sürətlə yayılıb. İstifadəçilər görüntülərə çoxsaylı rəylər yazıblar.
Şərhlərdə “Parlamentin ən gənc üzvünü alqışlayaq”, “Möhtəşəm ana, senator və dövlət qulluqçusu”, “Parlamentdə körpəsini qucağında tutaraq bütün anaların hüquqlarını müdafiə edən ananı görmək çox gözəldir” kimi fikirlər yer alıb.
Fatima Peyman hkimdir?
Əfqanıstan əsilli avstraliyalı senator Fatima Peyman Kabildə anadan olub və uşaq yaşlarında ailəsi ilə birlikdə Avstraliyaya köçüb.
O, 2022-ci ildə 27 yaşında Qərbi Avstraliya ştatından senator seçilib və ölkənin federal parlamentində hicablı ilk qadın olub.
2026-cı ildə onun Aliya adlı qızı dünyaya gəlib. Peyman parlamentdə fəaliyyət göstərdiyi müddətdə övlad dünyaya gətirən Qərbi Avstraliyadan ilk senator kimi də tarixə düşüb.
Qeyd edək ki, Avstraliyada qüvvədə olan qaydalar senatorlara körpələrini parlamentin iclas zalına gətirməyə və parlament fəaliyyəti zamanı onlara qulluq etməyə icazə verir. Buna görə də Aliyanın iclasda iştirak etməsi parlament qaydalarının pozulması hesab olunmur.
A post shared by Senator Fatima Payman (@senatorfatimapayman)
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 26 Noyabr 2026 12:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















