Avstraliyada mədən işçiləri səmada UNO gördülər
Oxu.az saytına istinadən Icma.az xəbər verir.
Avstraliyanın ucqar bir bölgəsində mədən işçiləri qeyri-adi hadisənin şahidi olublar.
Oxu.Az "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, yerli sakinlər Pilbara bölgəsində səmada sirli uçan bir obyekt gördüklərini iddia ediblər.
Əvvəlcə bunun bulud olduğu düşünülüb, lakin sonra daha çox üçbucaqlı uçan naməlum obyektə (UNO) bənzədilib.
"Bu ola bilməz", - deyə hadisədən şoka düşmüş mədənçilərdən biri deyib.
Hadisəni izləyənlərdən biri bunun tibbi təxliyə helikopteri olduğunu söyləyib, digərləri isə formanın uyğun gəlmədiyini qeyd edərək, onunla razılaşmayıblar.
Mədən işçilərindən biri mobil telefonu ilə obyektin şəklini çəkməyi bacarıb. O, fotonu həmkarlarına göstərərək, bunun UNO olduğunu iddia edib.
İşçilərin gördükləri ilə bağlı yerli səlahiyyətlilər və şirkət nümayəndələri tərəfindən heç bir rəsmi izahat verilməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 14 Yanvar 2026 02:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















