Avstraliyada qorxunc mənzərə: Səma qırmızıya boyandı VİDEO
Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Avstraliyanın qərb hissəsi ölkəyə çatan "Narell" siklonundan sonra qan-qırmızı rəngə boyanmış səma ilə örtülüb.
Oxu.Az "The New Daily"ə istinadən xəbər verir ki, səmanın qeyri-adi rəngi kimyəvi proses nəticəsində yaranıb.
Məlumata görə, fırtına cəbhəsi dəmir oksidləri ilə zəngin torpağa malik quraq yarımsəhra ərazilərindən keçib. Güclü külək torpağın üst qatını qoparıb, yağış suları isə onu su hövzələrinə daşıyıb. Nəticədə sakinlər parlaq qırmızı səma və qızılı-qırmızı rəngə çalan çayları müşahidə ediblər.
Siklon Koral-Bey sahillərinə üçüncü kateqoriyalı fırtına kimi çatıb, daha sonra isə Karnarvon şəhərinə doğru hərəkət edərək güclü toz fırtınasına səbəb olub.
Təbii fəlakətin ən böyük zərbəsi kurort şəhəri Eksmutda qeydə alınıb. Burada küləyin sürəti 250 km/saatdan çox olub. Nəticədə çoxsaylı yaşayış evləri və mühüm infrastruktur obyektləri zədələnib. Damlar uçub, pəncərələr sınıb, elektrik enerjisində fasilələr yaranıb və bəzi əraziləri su basıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:157
Bu xəbər 29 Mart 2026 08:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















