Avstriya hökuməti miqrantların öz ailələrini ölkəyə gətirməsinə qadağa qoymağa hazırlaşır
Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.
Avstriya hökuməti 2026-cı ilin ikinci yarısından miqrantların ailələrini öz yanlarına gətirmək hüququnu tamamilə məhdudlaşdırmağı planlaşdırır.
Oxu.Az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Kristian Ştoker "Financial Times" qəzetinə müsahibəsində bildirib.
Avstriyanın baş naziri miqrant ailələrinə qoyulacaq qadağanın ölkənin dövlət dilinin tədrisi və mənimsənilməsi ilə əlaqədar olduğunu bildirib. O qeyd edib ki, məktəblərdə şagirdlərə alman dilini öyrətmək üçün yerlər dolub.
"Sistemimiz həddən artıq yüklənib", - deyə Kristian Ştoker vurğulayıb.
O, həmçinin Vyanada və digər böyük şəhərlərdə miqrant uşaqlar tərəfindən törədilən cinayətlərin çoxluğuna vurğu edərək bildirib ki, onların əksəriyyəti suriyalı miqrant ailələrin payına düşür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 24 May 2025 17:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















