Icma.az
close
up
RU
Pakistanın fövqəladə və səlahiyyətli səfiri ADU nun qonağı oldu FOTO

Pakistanın fövqəladə və səlahiyyətli səfiri ADU nun qonağı oldu FOTO

Manset saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Yanvarın 16-da Pakistan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Qasım Mohiuddin Azərbaycan Dillər Universitetinin (ADU) qonağı olub.


Manset.az xəbər verir ki, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla səfiri və qonaqları salamlayıb, onları universitetdə görməkdən məmnun olduğunu bildirib. Görüşdə ADU-da həyata keçirilən müxtəlif layihələr, müəllim-tələbə mübadiləsi proqramları haqqında məlumat verilib. Azərbaycan və Pakistan arasında olan dostluq və  tərəfdaşlıq münasibətlərinin bütün sahələrdə olduğu kimi, elm, mədəniyyət və təhsil sahəsində də yüksələn xətlə inkişaf etdiyi vurğulanıb. ADU-da fəaliyyət göstərən beynəlxalq dil və mədəniyyət mərkəzləri haqqında qonaqlara məlumat verən rektor Pakistan Mədəniyyət Mərkəzinin qazandığı uğurlardan danışıb.

ADU-da keçirilən “Səfir saatı” layihəsinin tarixindən və tələbələr üçün əhəmiyyətindən danışan rektor Pakistan İslam Respublikasının səfiri Qasim Mohiuddini “Səfir saatı” layihəsində iştirak etməyə dəvət edib.

Səmimi qarşılanmaya və xoş sözlərə görə minnətdarlığını bildirən səfir iki ölkə arasında qarşılıqlı əməkdaşlığın, strateji tərəfdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayıb. Qeyd olunub ki, elmi əməkdaşlıq çərçivəsində hər iki ölkənin dil və mədəniyyət mərkəzlərinin fəaliyyət göstərməsi tərəfdaşlığın və dostluğun göstəricidir.

Görüş gələcək elmi, mədəni əməkdaşlığın qurulması və inkişaf etdirilməsi ətrafında aparılan müzakirələrlə davam edib. ADU-nun kollektivi adından səfirə xatirə hədiyyəsi təqdim olunub.

Daha sonra Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Qasim Mohiuddin ADU-da fəaliyyət göstərən Pakistan Mədəniyyət Mərkəzinin fəaliyyəti ilə tanış olub, pakistanşünaslıq ixtisası üzrə təhsil alan tələbələrlə görüşüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:158
embedMənbə:https://www.manset.az
archiveBu xəbər 17 Yanvar 2025 13:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see488

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see178

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see160

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see143

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see137

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see135

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see133

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see132

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see131

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see131

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see130

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see128

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see123

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri