Avstriyalı hakim ad günündə “Sabah” “Slaviya” oyununu idarə edəcək
Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Sabah” futbol komandasının UEFA Çempionlar Liqasında Çexiyanın “Slaviya” klubu ilə görüşünə avstriyalı hakimlər briqadası təyin olunub.
İdman.Biz xəbər verir ki, oktyabrın 13-də Bakıda keçiriləcək qarşılaşmanın baş hakimi Sebastian Qishamer olacaq. Zalsburqdan olan referi həmin gün 38 yaşını qeyd edəcək.
Bu, Qishamerin Çempionlar Liqasında ikinci təyinatıdır. O, turnirdə ilk oyununu ötən ilin noyabrında yenə Azərbaycanda, “Qarabağ”la İngiltərənin “Çelsi” komandası arasındakı matçda idarə edib.
Həmin görüşdə olduğu kimi, bu dəfə də yan xətlərdə Roland Ridel və Santino Şrayner çalışacaq, dördüncü hakim isə Valter Altmann olacaq. Videotəkrar sisteminə Alan Kiyas və Yozef Spurni nəzarət edəcəklər. Briqadanın bütün üzvləri Avstriya təmsilçiləridir.
Bakı Olimpiya Stadionundakı oyun saat 20:45-də start götürəcək.
Qeyd edək ki, “Sabah” əsas mərhələnin ilk turunda səfərdə İngiltərənin “Mançester Yunayted” komandasına 0:4 hesabı ilə uduzub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 11 Oktyabr 2026 13:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















