Icma.az
close
up
RU
Avtobus sürücülərinin işə qəbul prosesi hansı meyarlarla aparılır?

Avtobus sürücülərinin işə qəbul prosesi hansı meyarlarla aparılır?

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Son günlər marşrut avtobuslarında sərnişinlərlə sürücülər arasında kobud davranış hallarının artması barədə çoxsaylı şikayətlər daxil olur. 

Nəticə etibarı ilə sərnişinlərimiz dayanacaqlarda uzun müddət avtobus gözləməli olur. Məhz gecikmələr ilə bağlı verilən ən sadə suallar isə sürücülərin aqressiv reaksiyasına səbəb olur.

Məlumata görə, 165 nömrəli avtobusda sərnişinlərin “Niyə gec gəlirsiniz?” sualına sürücü qışqıraraq “yol probkadı” cavabını verib. 

Sərnişinlər eyni marşrut üzrə hərəkət edən digər avtobusların vaxtında gəldiyini bildirərək etiraz ediblər. Sürücü isə sərnişinlərə “Başımı aparmayın, xoşunuza gəlmirsə, düşün”, - deyə kobud şəkildə cavab verib. 

Oxşar vəziyyət digər avtobuslarda da müşahidə olunur. Bəzi sürücülər narazılıq bildirən vətəndaşlara “Bəyənmirsiniz, minməyin” və ya “Gedin “qaynar xəttə” şikayət edin” kimi ifadələr işlədirlər.

Həmçinin, E2 marşrutu (Xırdalan istiqaməti) üzrə hərəkət edən avtobusda da sürücünün bir qadın sərnişinə qışqırdığı bildirilir. İctimai nəqliyyat ictimaiyyətə xidmət edir. Bu kimi halların kütləvi şəkildə artması öz növbəsində ictimai nəqliyyatda etik davranış qaydaları ilə bağlı məsələləri gündəmə gətirir. 

Ümumiyyətlə, avtobus sürücülərini işə qəbul edəndə onlara sərnişin ilə davranış qaydaları da öyrədilir, yoxsa ancaq sürücülük vəsiqəsinə baxılır?

Məsələ ilə bağlı "Cebheinfo.az”-a açıqlamasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucov bildirib ki, avtobus sürücülərinin işə qəbulu daşıyıcı şirkətlər tərəfindən həyata keçirilir və proses mövcud qanunvericiliyin tələblərinə uyğun aparılmalıdır:

“Avtobus sürücülərinin işə qəbulu daşıyıcılar tərəfindən həyata keçirilir. Müvafiq qanunvericiliyin tələbinə əsasən, daşıyıcı sürücü kimi işə qəbul etdiyi hər bir şəxs üçün tibbi arayış tələb etməlidir. İşə götürmə prosesi Əmək Məcəlləsinə və digər normativ hüquqi aktların tələblərinə uyğun təmin edilməlidir. 

Müntəzəm sərnişindaşıma fəaliyyəti ilə məşğul olan daşıyıcı istifadəsində olan bütün nəqliyyat vasitələrinin reysqabağı texniki yoxlamadan, onların sürücülərinin isə reysqabağı tibbi müayinədən keçirilməsini təmin etməlidir”.

O qeyd edib ki, daşıyıcılarla keçirilən görüşlərdə AYNA tərəfindən onlara müvafiq tövsiyə və tapşırıqlar verilir:

“Müntəzəm marşrut xətləri üzrə avtobuslarda sərnişin-sürücü münasibətlərində hər hansı bir neqativ hal olarsa, onun araşdırılması qanunverciliyin tələbinə əsasən hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilir.

Bir çox hallarda AYNA-ya vətəndaşlar tərəfindən müraciətlər daxil olur. Bu halda Agentlik öz səlahiyyətləri çərçivəsində müntəzəm marşrut xəttinin istismarını həyata keçirən daşıyıcı şirkətdən baş vermiş insidentlə bağlı izahat tələb edir”.

AYNA rəsmisi əlavə edib ki, müntəzəm marşrut xətləri üzrə avtobuslarda sərnişin-sürücü münasibətlərinin pozulmaması üçün davamlı olaraq maarifləndirmə tədbirləri həyata keçirlir:

“Sərnişinlər avtobuslarda rastlaşdıqları bu cür hallarda həm hüquq-mühafizə orqanlarına, eləcə də “141” Çağrı Mərkəzinə müraciət edə bilərlər. Bundan əlavə Agentliyin bütün sosial şəbəkə platformaları üzərindən də müraciət etmək mümkündür”.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Açar sözlər: Avtobus sürücüsü işə qəbul Tural Orucov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:239
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 19 Noyabr 2025 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri