Avtobus sürücüsü küçədə döyüldü
Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.
Bakıda avtobus sürücüsü küçədə döyülüb.
Bakıvaxtı.az-ın Oxu.Az-a istinadən məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu, Heydər Əliyev prospektində baş verib.
Bakı şəhər sakini, 160 saylı marşrut xətti üzrə hərəkət edən avtobusun sürücüsü Asəf Məmmədov (soyad şərtidir) metronun "Koroğlu" stansiyasının yaxınlığında olarkən, həmin istiqamətdə hərəkət edən taksi sürücüsü Niyaməddin Ağayevdən (soyad şərtidir) yol istəyib. Niyaməddin isə ona yol verməyib və kənardan keçməsini tələb edib. Nəticədən tərəflər arasında mübahisə yaranıb. Mübahisə nəticəsində Niyaməddin Asəfi döyərək ona xəsarətlər yetirib.
Hadisə yerinə polis əməkdaşları gəliblər və N.Ağayev saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, iş məhkəməyə göndərilib.
Məhkəmə istintaqı dövründə tərəflər arasında barışıq əldə edilib. Sabunçu Rayon Məhkəməsinin qərarı ilə işə xitam verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:26
Bu xəbər 26 Yanvar 2026 16:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















