Icma.az
close
up
RU
Sumqayıtda avtobus sürücüsü döyüldü TƏFƏRRÜAT

Sumqayıtda avtobus sürücüsü döyüldü TƏFƏRRÜAT

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Sumqayıt şəhərində 1986-cı il təvəllüdlü Yaşar tanışı Səbuhiyə xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Sumqayıt şəhəri, 3-cü mikrorayonda yerləşən “Aviakassa”nın qarşısında baş verib. Yaşar orada şəxsi münasibətlər zəminində baş verən mübahisə zamanı Səbuhinin sifətinin ağız nahiyəsinə yumruq zərbəsi ilə qəsdən vuraraq ona xəsarəti yetirib.
Hadisəni törədən Yaşarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Yaşar bildirib ki, bir müddət əvvəl işlədiyi işdən çıxıb: “Bu məqsədlə iş axtardım və bu zaman Səbuninin “Mitsibushi Rosa” markalı avtomobilə sürücü axtardığını eşitdim. Söhbət zamanı Səbuhi maşınını sürməyimi, pula əl vurmamağımı, pula nəzarət etmək üçün maşında bir nəfər şəxsin olacağını, mənə də gündəlik 40-50 manat pul verəcəyini dedi. Bununla bağlı bizim aramızda razılıq əldə olundu”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra avtobuslara nəzarət edən qurumun əməkdaşları maşına əlavə avadanlıq qoşulduğu üçün maşına 150 manat cərimə yazıblar: “Mən bunu Səbuhiyə bildirdim. Təxminən maşını götürdükdən 1 həftə sonra geri qaytardım. Daha sonra hadisə günü 3-cü mikrorayonda “Aviakassanın” qarısında olan zaman Səbuhi yaxınlaşaraq nalayiq ifadə işlətdi, nə üçün maşının cəriməsini ödəmədiyimi soruşdu. Cərimənin mənim səhvinə görə deyil, maşında olan əlavə avadanlıqla bağlı yazıldığını dedim. Bu zaman Səbuhi o cəriməni deyil, başqa cəriməni nəzərdə tutduğunu dedi. Mən də sürücülük vəsiqəsində olan bütün cərimələri ödədiyimi bildirdim. Bu zaman Səbuhi yenə nalayiq ifadə işlətdi. Mən də ona eyni formada cavab verdim. Bu zaman uzaqlaşaraq getmək istədikdə yenə arxamca söydü. Mən də geri qayıdaraq yumruq zərbəsi ilə onun ağız nahiyəsindən vurdum. Səbuhi vurduğum yumruğunun təsirindən yerə yıxıldı. Bundan sonra uzaqlaşaraq getdim”. 
İş üzrə zərərçəkmiş qismində ifadə verən Səbuhinin sözlərinə görə, “Mitsubishi Rosa” markalı avtomobili var: “Həmin avtomobil ilə Bakı-Sumqayıt yolunda sərnişin daşınması ilə məşğul oluram. Həmçinin, həmin maşını gündəlik icarə əsasında da başqa şəxslərə icarəyə verirəm. Dializ xəstəsi olduğum üçün Astara rayonuna xəstəxanaya getdim. Xəstəxanaya gedən zaman da qeyd etdiyim avtomobili Yaşara gündəlik 40 manat ödəniş qarşılığında icarəyə verdim. Geri qayıtdıqdan sonra avtomobilin cərimələri olduğunu gördüm. Bununla əlaqədar olaraq dəfələrlə Yaşarla mobil telefonla əlaqə saxladım. Lakin, Yaşar zənglərimə cavab vermədi. Bundan sonra həmin cərimələri özüm ödədim”. 
Zərərçəkmiş qeyd edib ki, hadisə günü Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində Yaşarla qarşılaşıb: “Ona qayda pozuntusu etdiyini, cərimələri onun əvəzindən ödədiyimi dedim. Yaşar cərimələri özünün ödədiyini iddia etdi. Bundan sonra aramızda mübahisə yarandı və Yaşar özünün cərimələri ödədiyini iddia edərək nalayiq ifadə işlətdi. Bu zaman mən də ona qarşılıq verdim. Daha sonra Yaşar yumruq zərbəsi ilə ağız nahiyəmdən vurdu. Bundan sonra yerə yıxıldım”. 
Bu cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Yaşar 1500 manat məbləğində cərimə cəzasına məhkum edilib.
Fariz Məlikli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:205
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 08 Aprel 2025 13:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see328

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see322

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see321

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see305

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see304

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see287

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see287

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see283

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see270

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see249

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see240

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see235

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see234

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see234

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see227

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see224

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see202

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see201

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri