Icma.az
close
up
RU
Avtobus zolaqları tıxacla mübarizədə necə effekt verəcək? PLAN İŞƏ DÜŞÜB

Avtobus zolaqları tıxacla mübarizədə necə effekt verəcək? PLAN İŞƏ DÜŞÜB

Icma.az bildirir, Avtosfer portalına istinadən.

Bakıda avtobus zolaqlarının artırılması planlı şəkildə həyata keçirilir. Zolaqlar tıxacla mübarizənin üsullarından biridir. Bu gün zolaqlar tıxacı azalda bilməsə də, yaxın gələcəkdə effektivliyi görəcəyik. Çünki avtobuslar zolaqda daha sürətli hərəkət etdikcə tıxacda qalanlar şəxsi avtomobildən imtina edib ictimai nəqliyyata üz tutanlar çoxalacaq. O zaman görəcəyik ki, avtobus zolaqları tıxaca necə təsir etmiş oldu”.

Avtosfer.az xəbər verir ki, bu sözləri nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyib.

Onun sözlərinə görə, gələcəkdə xəttə yeni avtobuslar buraxılacaqsa və sərnişinlərin rahatlığı təmin ediləcəksə, onlar istədikləri ünvana vaxtında çatacaqsa bu zaman avtobus zolaqlarının artırılması daha da geniş vüsət alacaq:

“Zolaqlar sadəcə avtobusların vaxtında fasiləsiz şəkildə ünvana çatması üçün yaradılıb. Onlar gələcəkdə tıxaca hər hansı bir təsir göstərə bilər: məsələn, insanlar baxıb görəcəklər ki, avtobusların sayı artıb, rahatdır, təzədir, yayda kondisioneri var, qışda insanlar soyuqdan əziyyət çəkmir, o zaman yavaş yavaş şəxsi avtomobillərindən imtina edib ictimai nəqliyyata üstünlük verəcəklər. Yəni maşında oturub saatlarla tıxacda qalmaqdansa, ictimai nəqliyyatı seçəcəklər. Bu, gələcəyə doğru planlanan bir strategiyadır".

Elməddin Muradlı onu da bildirib ki, hazırda bəzən avtobus zolağının çəkilməsi ilə tıxac problemini dərhal həll edilməli olduğunu düşünənlər var. Lakin nəzərə almaq lazımdır ki, bütün bunlar dərhal həll ediləsi məsələ deyil. 15 ildir üst-üstə yığılan problemi 3 ilə həll etmək mümkün olmur.

 “Bu, doğru anlayış deyil. Yəni fiziki olaraq da düzgün qiymətləndirilən məsələ deyil. Sadəcə ictimai nəqliyyat üçün bu zolaqlar olmalıdır, yaradılmalıdır və yaradılır da. Çünki avtobuslar kütləvi sərnişindaşıma fəaliyyəti göstərən nəqliyyat növləridir və onlar fasiləsiz hərəkət etməlidir”.

Ekspert qeyd edib ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi mümkün variantlarla avtobus parkını 2200-ə çatdıra bilib. Amma onların 50 faizi yenilənməlidir. Və ən vacib məsələ budur ki, ümumi say 2800-dən yuxarı olmalıdır.

“Hazırda bu istiqamətdə müəyyən təkliflər hazırlanıb, ciddi işlər görülür. Hədəf budur ki, bütün daşıyıcılar inkişaf etsin və ölkəyə yeni avtobuslar alıb gətirə bilsinlər. Eyni zamanda, Azərbaycanda avtobus istehsalına başlanılacaq ki, bu da avtobus parkının daha sürətli yenilənməsinə təkan verəcək. Park tam formalaşandan sonra görəcəyik ki, şəhərdə şəxsi avtomobillərin sayı azalır, insanlar ictimai nəqliyyata üz tutur. Şəhər mərkəzində daha çox piyadaların və ictimai nəqliyyatın hərəkətini görmək üçün planlı işlər görülür”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 08 Avqust 2025 12:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see483

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see433

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see337

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see284

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see275

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see271

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see267

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see259

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see259

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see241

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see226

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see221

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see216

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see215

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see214

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see208

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see206

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see205

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see191

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri