Icma.az
close
up
RU
Taksilər avtobus zolağından istifadə etsə nə olar? Ekspertdən açıqlama

Taksilər avtobus zolağından istifadə etsə nə olar? Ekspertdən açıqlama

Yeniavaz portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Milli Məclisdə taksilərin avtobus zolaqlarından istifadə etməsinə icazə verilməsi təklif edilib.
Yeniavaz.com
xəbər verir ki, təklif parlamentin son iclasında deputat Vasif Qafarov tərəfindən səsləndirilib.
Deputat çıxışı zamanı qeyd edib ki, “Avtomobil nəqliyyatı haqqında” Qanuna əsasən, taksilər ictimai nəqliyyat vasitəsi sayılır və beynəlxalq təcrübədə də bu model geniş şəkildə tətbiq olunur: “Təklif edirəm ki, Bakı şəhərində rəsmi platformalarda qeydiyyatdan keçmiş taksilərə avtobus zolaqlarından istifadə hüququ verilsin”.
Bəs, deputatın təklifi qəbul olunarsa, bu, şəhərdaxili nəqliyyat sistemində hansı dəyişiklikləri yarada bilər?
Nəqliyyat eksperti Adil Nəbiyev məsələ ilə bağlı Yeniavaz.com-a açıqlamasında bildirib ki, təklifin qəbul edilməsi taksi sayını artıra, nəticə etibarilə şəxsi avtomobillərdən istifadənin azalmasına səbəb ola bilər: “Bu təklif tətbiq olunsa, əlbəttə ki, şəxsi maşınlardan istifadə azalacaq. Sərnişinlər vaxtında gedib çatdıqları üçün daha çox insan taksiyə üz tutacaq. Bu yaxşıdır, amma kütləvi şəkildə tətbiq edilərsə, avtobusların hərəkətinə maneə yarana, yəni tıxac riski arta bilər. Bizə lazımdır ki, avtobuslar normal hərəkət edə bilsin”.
Adil Nəbiyev Ekspert həmçinin Bakıda quraşdırılması davam edən “ağıllı svetafor” sisteminin prosesə təsir göstərə biləcəyini qeyd edib: “Ağıllı svetaforlar artıq test edilir. Əgər sistem effektiv olsa, tıxac olan istiqamətlərə daha çox vaxt ayrılacaq və bu, taksilərin avtobus zolaqlarına girməsinə ehtiyacı minimuma endirə bilər. Hazırda taksi ilə şəhərdaxili hərəkət bəzən 1 saata başa gəlir, bu isə yarım saata enə bilər”.
Adil Nəbiyev əlavə edib ki, tıxac problemini həll etmək üçün başqa addımlar da gündəmdədir: “Bu yaxınlarda Milli Məclisdə səsləndirilən bir məqam vardı – uzun illərdir bu mövzuda danışıqlar gedirdi. Görünür, o da öz həllini tapmaq üzrədir: iş saatları sürüşkən vaxta keçirilsin. Yəni, saat 7-də işə gələn 8 saat işləyib getsin və yaxud 9-da gələn 6-da çıxsın. Əgər bu imkanlar yaradılsa, şəhərdə ümumiyyətlə tıxacların sayı gözlə görüləcək dərəcədə azalacaq. Əsas məsələ – bunu tətbiq etməyə başlasınlar”.
Fəridə Əsədzadə
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 29 Dekabr 2025 13:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri