Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

A Seriyası: 19 illik rekord təkrarlandı

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Avtobuslara sərnişin limiti tətbiq ediləcək? AÇIQLAMA

Avtobuslara sərnişin limiti tətbiq ediləcək? AÇIQLAMA

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

Bəzən marşrut avtobuslarının gecikməsi və çatışmazlığı səbəbindən dayanacaqlarda böyük sıxlıq yaranır. Nəticədə onlarla sərnişin eyni anda avtobusa minməyə çalışır, bu isə nəqliyyat vasitəsinin həddən artıq yüklənməsinə, hətta bir tərəfə əyilməsinə və insanların bir-birini itələməsinə gətirib çıxarır.

Bu vəziyyət əsas sualı gündəmə gətirir: niyə avtobuslarda sərnişin limiti tətbiq edilmir? Məsələn, avtobus maksimum 50 nəfər daşıya bilərkən, niyə kart sistemi 51-ci sərnişinin girişi avtomatik olaraq bloklamır?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən nəqliyyat eksperti Adil Nəbiyev bildirdi ki, avtobusun gec-gec gəlməsi avtobusların sayının az olması, çatmaması ilə bağlıdır:

"Yəni əvvəl deyə bilərdik ki, tıxacdır, amma indi artıq avtobusların tıxacla əlaqəsi yoxdur. Fikir verirsiniz, hər yerdə avtobus zolaqları çəkilib, amma avtobuslar yenə gec gəlir. Gələndə də dayanacaqda 50 nəfər yox, 150 nəfər gözləyir və camaat basa-bas şəkildə bir-birini metrodakı kimi sıxışdırır ki, o avtobuslara daxil olsun. Amma avtobusların da müəyyən götürmə qabiliyyəti var. Avtobusda yük çoxalanda artıq orada qəza olsa, insan sayının çox olması daha çox xəsarətə gətirib çıxarır. Ümumiyyətlə, qonşu ölkələrə baxsaq, xarici təcrübədə belə bir şey yoxdur. Yəni avtobuslarda nə yazılıbsa, odur. Məsələn, yazılır ki, 24 nəfər oturaq yer, 30 nəfər ayaqüstü, ümumilikdə 50-60 nəfər".

Onun sözlərinə görə, avtobuslarda passiv təhlükəsizlik məsələsi, yəni təhlükəsizlik kəmərləri yoxdur:

"Ayaqüstə duranlar da tutacaqdan tutmurlar, əlləri cibində və yaxud telefondadır. Bir dənə yüngül qəza olsa, hamısı bir-birinə dəyər, yıxılar və yaxud da avtobus möhkəm toxunsa, pəncərədən çölə çıxa bilərlər. Ona görə bizdə təhlükəsizlik qaydalarına demək olar ki, ümumiyyətlə riayət olunmur. Say məsələsi də ondan ibarətdir ki, sürücü istəyir daha çox sərnişin mindirsin, daha çox pul qazansın. Düzdür, artıq bir çoxları əməkhaqqı ilə işləyir. Onlara fərqi yoxdur neçə nəfər mindi, minmədi. Amma müəyyən say məsələsi də var. Məsələn, xarici ölkələrdə daha çox sərnişin aparan sürücüyə hər sərnişinə görə əlavə bir neçə qəpik əməkhaqqına və ya mükafat kimi verilir. Bizdə olmasa da, sürücülər heç bir etiraz bildirmir. Yəni avtobusun qapısı bağlanmasa da, sürücü sağ tərəf güzgüsünü görməsə də, nə qədər adam minirsə-minsin, buna heç kim etiraz etmir".

Nuriyyə NATİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:246
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 09 Dekabr 2025 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see664

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see434

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see396

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see280

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see273

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see271

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see241

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see235

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see223

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see214

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see213

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see211

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see210

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see207

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see206

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see196

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see195

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see192

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see186

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri