Icma.az
close
up
RU
Avtobuslardakı havalandırma problemi nəyə görədir? EKSPERT ŞƏRH ETDİ

Avtobuslardakı havalandırma problemi nəyə görədir? EKSPERT ŞƏRH ETDİ

Icma.az, Sia Az saytına istinadən bildirir.

"Avtobus sürücülərinin havalandırmadan istifadə etməməsinin bir neçə səbəbi var və bu məsələ həm texniki, həm də idarəetmə baxımından izah oluna bilər". Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat üzrə ekspert Aslan Əsədov deyib.

Onun sözlərinə görə, ilk növbədə qeyd edilməlidir ki, bəzi avtobuslarda havalandırma sistemləri texniki cəhətdən ya ümumiyyətlə mövcud deyil, ya da işlək vəziyyətdə deyil: "Xüsusilə köhnə modellərdə bu sistemlər ya sıradan çıxıb, ya da düzgün texniki xidmət göstərilmədiyinə görə istifadə üçün yararsız hala düşüb. Bu səbəbdən də sürücülər havalandırmanı işə salmaq imkanına malik olmurlar. Digər tərəfdən bəzi hallarda sürücülər və daşıyıcı şirkətlər yanacaq və enerji qənaətinə üstünlük verərək kondisionerdən istifadə etməkdən çəkinirlər. Onlar hesab edirlər ki, havalandırma sisteminin işə salınması mühərrikə əlavə yük gətirir və bu da yanacaq sərfiyyatını artırır. Bu yanaşma iqtisadi baxımdan başa düşülən olsa da, sərnişinlərin rahatlığı və sağlamlığı baxımından arzuolunan deyil. Bundan əlavə bəzən sürücülər havalandırmanın işlək olduğunu bilsələr belə onu açmaq istəmirlər. Çünki bəzi sürücülər bu sistemlərin yaratdığı səs-küy, elektrik yükü və ya bəzən öz narahatlıqları səbəbilə kondisioneri açmağı uyğun saymırlar.

Digər bir amil isə nəqliyyat şirkətləri tərəfindən sürücülərə verilən təlimatlar və ya yazılı-şifahi tapşırıqlardır. Bəzi hallarda şirkətlər kondisioner istifadəsini məhdudlaşdırır və ya yalnız müəyyən hallarda istifadəyə icazə verirlər. Nəticədə sərnişinlər isti havalarda pəncərələrin açılmasına məcbur olur, bu isə həm komfortu azaldır, həm də bəzi hallarda təhlükəsizlik və sağlamlıq baxımından risklər yaradır. Mütəxəssislər bildirirlər ki, bu problemin aradan qaldırılması üçün nəqliyyat vasitələrinin texniki baxışına ciddi yanaşılmalı, işlək havalandırma sistemləri ilə təchiz olunmuş avtobuslardan istifadə edilməli və sərnişin komfortu prioritet kimi qəbul olunmalıdır. Eyni zamanda sürücülərə müvafiq təlimatlar verilməli, onların məsuliyyət hissi artırılmalı və havalandırma sistemlərindən düzgün istifadə etmələri təmin edilməlidir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://sia.az
archiveBu xəbər 01 İyul 2025 11:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see286

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see271

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see237

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see216

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see214

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see211

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see206

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see203

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see203

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see193

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see186

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see185

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see184

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see179

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see179

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see178

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see178

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see176

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see176

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri