Icma.az
close
up
RU
Avtobuslardakı kart aparatları ilə bağlı PROBLEM

Avtobuslardakı kart aparatları ilə bağlı PROBLEM

Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı avtobuslarında Bakıkartdan ödənişlə bağlı problem var. Söhbət Lökbatan -“28 May” metrostansiyası üzrə hərəkət edən 125 saylı və  Sahil qəsəbəsi -"Sahil" metrostansiyası üzrə hərəkət edən 149 saylı marşrutlardan gedir. Son vaxtlar həmin avtobuslarda  “Bakıkart”ın tətbiq olunduğu aparatlar normal işləmir.

Avtosfer.az xəbər verir ki, bu barədə bizim.media-ya müraciət edən sərnişinlərin sözlərinə görə, kart tətbiqi zamanı aparatda çıxılan və qalıq məbləğ görünmür. Sərnişin ödəniş edərkən gediş haqqının çıxılmadığını zənn edir və onu təkrarən cihaza yaxınlaşdırır. Nəticədə kartdan bir dəfəlik deyil, bir neçə dəfəlik gediş haqqı çıxılır.
Qeyd edək ki, 149 saylı marşrut xətti üzrə gediş haqqı 70 qəpik, 125 saylı marşrut xətti üzrə gediş haqqı isə 60 qəpikdir.
Şikayətlə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanladıq.
Qurumun mətbuat xidmətindən bildirildi ki, onlara bu haqda şikayət daxil olmayıb:
“Bu gün bizə belə bir şikayət gəlməyib. Ötən həftə belə problemlər yaranmışdı. Bəzi validatorlarda problem var idi, məbləğ çıxılmırdı. Biz də bu haqda açıqlama verdik. Bildirdik ki, “Bakıkart”ın texniki tamamlanması işləri gedir, ona görə belə problem yaranmışdı və o, həll olundu. Amma bu gün qeyd etdiyiniz şikayət gəlməyib. Deyilənləri araşdıracağıq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 05 Noyabr 2024 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1385

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see676

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see527

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see515

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see506

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see461

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see436

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see433

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see422

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see409

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see398

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see359

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see346

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see341

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see339

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see311

Rusiyada ölümcül epidemiya: Vəziyyət nə yerdədir?

06 Oktyabr 2026 01:50see308

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see281

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see263

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see263
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri