Icma.az
close
up
RU
Avtomobil bazarında GÜCLÜ RƏQABƏT: Alıcılar hansına üstünlük verir? KONKRET

Avtomobil bazarında GÜCLÜ RƏQABƏT: Alıcılar hansına üstünlük verir? KONKRET

Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Elektromobil və hibrid nəqliyyat vasitələrinin idxalında tətbiq olunan güzəştlər, bu növ maşınlara olan marağın da artmasına səbəb olur. Ölkənin avtomobil bazarında bu tip maşınların bir çox modelləri alıcılara təklif olunmaqdadır.

Bəs görəsən, bu tendensiya yaxın gələcəkdə benzin və dizel mühərrikli nəqliyyat vasitələrinin satışına mənfi təsir göstərə bilərmi?

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı yenisabah.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, yanacaqla işləyən maşınların idxalında heç də azalma yoxdur:

“Elektromobillərin idxalında özünü göstərən dinamika bu növ maşınların reklamının intensiv formada aparılması və dünya bazarında tələbatın xeyli artması ilə əlaqədardır. Amma gəlin biz Azərbaycan reallığına baxaq. Azərbaycanda elektromobillərə tələbat nə qədərdir? Azərbaycanda elektromobillərin hərəkət dinamikliyi nə qədərdir? Bütün bunlar ciddi suallardır. Ənənəvi yanacaqla işləyən nəqliyyat vasitələri dedikdə, benzin və dizellə çalışan maşınları nəzərdə tuturuq. Digər tərəfdən, ölkəyə gətirilən taksilərdə qazla işləyən avtomobillərin sayında ciddi artım var. Bunu da unutmamalıyıq”.

Ekspert diqqətə çatdırıb ki, elektromobil və hibridlərin ehtiyac hissələri və təmiri ilə bağlı özünü göstərən problemlər alıcı potensialına ciddi təsir göstərir:

“Elektromobil və hibridlərə gəlincə isə, bu növ avtomobillərə maraq isə bəzi faktorlara görə yetərincə deyil. Onların ehtiyat hissələrinin ölkəyə gətirilməsi, satışı, qiymətləri və təmir xərcləri ciddi suallar doğurur. Bunlar hamısı sürücüləri qayğılandıran faktorlardır. Bütün bunların hamısı alıcılar üçün elektromobil və hibrid maşınlara olan marağa təsir edir. Bu kimi səbəblərdən, yaxın gələcəkdə elektromobillərin benzin və dizellə çalışan nəqliyyat vasitələri ilə nisbətdə tələbatda üstünlük quracağını real görmürəm. Əsasən də yükdaşıma və sərnişindaşıma kimi sahələrdə ənənəvi yanacaqla çalışan elektromobil və hibrid nəqliyyat vasitələrinə keçid olduqca bahalı proseslərdir. Bu kimi məsələlərə görə xeyli bir müddət benzin və dizel yanacağı ilə çalışan maşınlara tələb öz nisbətini saxlayacaq”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:137
embedMənbə:https://konkret.az
archiveBu xəbər 26 Mart 2025 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see199

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see165

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see156

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see154

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see152

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see148

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see147

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see140

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see139

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see137

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see137

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see137

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see136

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see134

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see132

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see130

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see130

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see130

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri