Avtomobil dayanacağında dava Borc verən döyüldü
Icma.az bildirir, Avtosfer portalına istinadən.
Avtomobil dayanacağında nəzarətçi işləyən şəxslər dalaşıb. Avtosfer.az Qaynarinfo-ya istinadən xəbər verir ki, hadisə Bakı şəhəri Yasamal rayonu Ə.Ələkbərov küçəsi, 507-ci məhəllədə baş verib. Tərəflər arasında yaranmış münaqişənin kökündə borc məsələsi dayanıb. Borc verən pulunu tələb edərkən qarşı tərəflə mübahisə yaranıb və nəticədə ikinci ona zərbə endirib. Zərərçəkmiş hadisə barədə polisə məlumat verib. Faktla bağlı Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi başlanıb və hadisəni törədən şəxs saxlanılıb. Cinayət işinə Yasamal Rayon Məhkəməsində hakim Orxan Məmmədlinin sədrliyi ilə baxılb.
Müttəhim məhkəmə zamanı özünü verilmiş ittiham üzrə təqsirli bilib. O qeyd edib ki, qarşı tərəfin borcunu qaytarıb və onunla barışıq əldə edib.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsə aylıq qazancından dövlət nəfinə 15 faiz pul tutulmaqla 1 il müddətinə islah işləri cəzası təyin edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 13 Aprel 2026 21:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















