Fransada yarım milyon insan yenidən küçələrə çıxdı 70 min polis cəlb edildi
Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Fransada artan yaşayış xərclərinə və hökumətin təhsil siyasətinə qarşı kütləvi etirazların üçüncü dalğası başlayıb. Paytaxt Paris başda olmaqla, ölkənin bir çox böyük şəhərində yüz minlərlə insan küçələrə axışır.
“Qafqazinfo”nun xəbərinə görə, 17 oktyabrda baş verən zorakılıq hadisələrinin təkrarlanmaması üçün ölkə daxilində 70 min polis və jandarm səfərbər olunub.
Parisdə etirazçılar Port de Banyoletdən Port de Şarentona doğru yürüş ediblər.
Yürüş marşrutu boyunca yerləşən mağazalar mümkün talanlardan qorunmaq üçün pəncərələrini taxta panellərlə bağlayıb, strateji metro və şəhərətrafı qatar stansiyalarının fəaliyyəti dayandırılıb.
“La Frans İnsumis” partiyasının lideri Jan-Lük Melenşon, Avropa Parlamentinin üzvü Rima Həsən və Sen-Sen-Deni deputatı Oreli Truve də Parisdəki yürüşdə etirazçılara qoşulublar.
Parisdən əlavə Bordo, Lion, Renn və Nitsa şəhərlərində də nümayişlər start götürüb. Marseldə isə sosial şəbəkələrdə elan edilən icazəsiz aksiyalar qadağan edilib.
Bordoda Plas de la Bursla Plas de la Viktuar arasında, Lionda isə şəhər mərkəzində yürüşlərə icazə verilib. Renndə əvvəlcə qadağan olunan nümayiş isə təşkilatçılar marşrutu dəyişdirdikdən sonra təsdiqlənib.
Polis idarəsinin məlumatına görə, gün ərzində ölkə daxilində ümumilikdə 350 nümayişin keçiriləcəyi və aksiyalarda 350 mindən 450 minədək etirazçının iştirakı proqnozlaşdırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 31 Oktyabr 2026 21:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















