Avtomobil dünyasına adını verdi, amma öz avtomobili belə olmadı
Banco.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu gün dünyanın ən tanınmış avtomobil markalarından biri olan Mercedes-in adı əslində bir qadının adından götürülüb. Mercedes Jellinek-in həyatının sonu isə avtomobil markasının qazandığı şöhrətdən fərqli olaraq, yoxsulluq və unudulmuşluq içində başa çatıb.
Banco.az xəbər verir ki, 1889-cu ildə dünyaya gələn Mercedes Jellinek avtomobillərə böyük maraq göstərən avstriyalı iş adamı Emil Jellinek-in qızı idi.
Jellinek avtomobil yarışlarında qızının adından ilhamlanaraq seçdiyi “Mercedes” təxəllüsü ilə iştirak edirdi.
1900-cü ildə Daimler şirkəti ilə böyük bir müqavilə bağlayan Jellinek 36 avtomobil sifariş etdi. Müqavilənin ən diqqətçəkən şərtlərindən biri isə yeni avtomobillərə qızının adının verilməsi idi.
Beləliklə, “Mercedes” adı avtomobil dünyasında istifadə olunmağa başladı. Markanın yarışlardakı uğurları bu adın qısa müddətdə geniş kütlələr tərəfindən tanınmasına səbəb oldu.
Emil Jellinek qızının adına bağlılığını daha da irəli apararaq ailənin soyadını rəsmi şəkildə “Jellinek-Mercedes” olaraq dəyişdirdi. Mercedes-in portreti də dövrün mühüm avtomobil tədbirlərindən biri olan Paris Avtomobil Sərgisində nümayiş etdirildi.
Lakin onun adı avtomobil tarixinə düşsə də, Mercedes Jellinek bu şöhrətdən maddi baxımdan ciddi fayda əldə etmədi.
Mercedes Jellinek-in həyatı sonrakı illərdə kəskin şəkildə dəyişdi. Bir baronla ailə quran Jellinek Birinci Dünya müharibəsindən sonra iqtisadi çətinliklərlə üzləşdi.
İddialara görə, 1918-ci ilə gəldikdə adı dünyanın ən nüfuzlu avtomobillərində istifadə olunan Mercedes Jellinek Vyana küçələrində yemək dilənəcək qədər yoxsul vəziyyətə düşmüşdü.
1929-cu ildə sümük xərçəngindən vəfat edən Jellinek cəmi 39 yaşında idi.
Bu gün “Mercedes” adı dünyanın hər yerində milyonlarla insan tərəfindən tanınır. Lakin markaya adını verən Mercedes Jellinek-in real bir insan olması və onun faciəli həyat hekayəsi avtomobil tarixinin az bilinən məqamlarından biri olaraq qalır.
Bizi sosial şəbəkələrdən izləyin!!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 05 Oktyabr 2026 10:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















