Icma.az
close
up
RU
DENZA Azərbaycanda: VOLT GROUP dan avtomobil dünyasına yeni nəfəs

DENZA Azərbaycanda: VOLT GROUP dan avtomobil dünyasına yeni nəfəs

Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan avtomobil bazarında möhkəm mövqeyə sahib VOLT GROUP, qlobal avtomobil sənayesinin aparıcı oyunçularından biri olan DENZA brendi ilə Azərbaycanda rəsmi əməkdaşlıq müqaviləsi imzalayıb. Qabaqcıl texnologiya, zərif dizayn və yüksək komfortun harmoniyası ilə seçilən DENZA artıq Azərbaycanda fəaliyyətə başlayır.

Azərbaycanda təqdim olunan DENZA modelləri müasir sürücülərin bütün gözləntilərinə cavab verəcək geniş model çeşidinə malikdir: DENZA N9, DENZA Z9 GT, DENZA Z9, DENZA D9

VOLT GROUP şirkətinin rəsmi tərəfdaşlıq çərçivəsində təqdim etdiyi DENZA modelləri tam servis dəstəyi, zəmanətli ehtiyat hissələri və beynəlxalq standartlara uyğun texniki xidmətlə müşayiət olunur. Bu yanaşma müştərilərə həm güvən, həm də uzunmüddətli məmnuniyyət təmin edir.

DENZA avtomobillərini əldə etmək istəyənlər Badamdar yolu 1c ünvanında yerləşən satış mərkəzi ilə əlaqə saxlaya və ya *0078 nömrəsinə zəng edə bilərlər.

SERES AITO - Texnologiya və Komfortun İdeal Harmoniyası

VOLT GROUP beynəlxalq əməkdaşlıq şəbəkəsini genişləndirərək, elektromobil sektorunda bir neçə aparıcı premium brendin Azərbaycandakı rəsmi distribütor statusunu əldə edib.

Beynəlxalq avtomobil sənayesində innovasiya və keyfiyyət standartlarını yenidən müəyyən edən AITO brendi də VOLT GROUP tərəfindən Azərbaycan bazarına gətirilir. VOLT AVTO salonlarında rəsmi satışda olan SERES AITO M9, AITO M7 və AITO M5 modelləri, müasir sürücünün ehtiyaclarına cavab verən qabaqcıl texnologiya, premium dizayn və yüksək komfort vəd edir.

VOLT GROUP-un güclü tərəfdaşlıq imkanları və beynəlxalq təcrübəsi sayəsində SERES AITO brendi Azərbaycan bazarında yüksək tələbatla qarşılanır. Müştərilər rəsmi distribütor zəmanəti altında, bütün beynəlxalq standartlara uyğun servis, texniki dəstək və satış sonrası xidmət paketindən faydalanır. VOLT GROUP ölkədə elektromobil bazarını yalnız inkişaf etdirmir, eyni zamanda müştərilərinə uzunmüddətli etibar, təhlükəsizlik və komfort təqdim edir. 

ROX MOTOR - Qaydaları Dəyişənlər Üçün

Digər premium tərəfdaşlıq ROX MOTOR ilə qurulub. 2024-cü ildə VOLT GROUP-un həmtəsisçisi və direktoru Emin Əsgərov ROX MOTOR ilə distribütorluq müqaviləsi imzalayıb və şirkətin Azərbaycandakı rəsmi satış hüququnu əldə edib.

Bir il ərzində göstərilən uğurlu fəaliyyət nəticəsində VOLT GROUP 2025-ci ildə ROX Global Dealer Conference-də "Extended Together Award" mükafatına layiq görülüb.

VOLT GROUP müştərilərinə avtomobil seçimində maksimum güvən və rahatlıq təqdim edir. Şirkət tərəfindən satılan bütün modellər yalnız rəsmi distribütor zəmanəti ilə təklif olunur. Bu yanaşma alıcıların yüksək keyfiyyət, etibarlılıq və tam texniki dəstək əldə etməsini təmin edir. Rəsmi distribütor statusu, təqdim olunan bütün avtomobillərin orijinal istehsalçı standartlarına uyğun olmasına, ehtiyat hissələrinin tam təminatına və sertifikatlaşdırılmış servis xidmətlərinə zəmanət verir.

VOLT GROUP: Qlobal Standartlara Uyğun Tam Xidmət

Qlobal istehsalçıların qaydalarına əsasən, avtomobillər yalnız rəsmi satış kanalları vasitəsilə əldə edilməlidir. Bu, proqram təminatı yeniləmələri, təhlükəsizlik və zəmanətli texniki xidməti təmin edir. Qeyri-rəsmi avtomobillərdə servis imkanları məhdudlaşır, bəzi funksiyalar bloklana bilər.

VOLT GROUP bu standartlara tam riayət edərək müştərilərinə təhlükəsiz və etibarlı avtomobillər təqdim edir.

VOLT GROUP ilə Partnyorluğa Qoşulun - Sürətlə dəyişən avtomobil bazarında irəliyə atılan strateji addım

Bundan əlavə, VOLT GROUP ölkə üzrə fəaliyyət göstərən avtomobil dilerlərini uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlığa dəvət edir. Şirkət partnyor diler şəbəkəsini genişləndirərək, premium elektromobil brendlərini Azərbaycanın bütün regionlarında geniş auditoriyaya təqdim etməyi qarşısına məqsəd qoyub. Rəsmi tərəfdaşlıq proqramı çərçivəsində dilerlərə marketinq dəstəyi, təlim proqramları, texniki xidmətlər və satış sonrası tam dəstək təqdim olunur. Bu isə həm dilerlərin biznes potensialını artırır, həm də son istifadəçilərə yüksək keyfiyyətli xidmətin hər zaman əlçatan olmasını təmin edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:173
embedMənbə:https://baku.ws
archiveBu xəbər 02 İyul 2025 12:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see514

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see466

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see363

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see309

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see290

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see272

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see249

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see245

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see225

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see224

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see220

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see217

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see214

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see201

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see197

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see189

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see183

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see177

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see174

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri