Avtomobil konstruksiyalarında dövri dəyişikliklər xilasetmə problemləri adlı 4 cü Beynəlxalq Elmi Praktiki konfrans keçirilib
Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.
1 oktyabr tarixində Fövqəladə Hallar Nazirliyinin akademiyasında "Avtomobil konstruksiyalarında dövri dəyişikliklər xilasetmə problemləri" adlı 4-cü Beynəlxalq Elmi-Praktiki konfrans keçirildi. MDB dövlətləri və ərəb ölkələrindən 30 dan çox nümayəndənin qatıldığı konfransdan öncə iştirakçılar, Fövqəladə Hallar Nazirliyinin akademiyasının rəhbər heyəti Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasına üzv şirkətlər tərəfindən təqdim edilən hibrid və elektrik avtomobillərə baxış keçirdilər. Onlara avtomobillərin özəllikləri və satış sonrası xidmətləri barədə məlumatlar təqdim edildi.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Bizimyol.info Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasına istinadən xəbər verir ki, konfransı giriş sözü ilə akademiyanın rektoru general-mayor Baba Salayev açdı. Daha sonra Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının İdarə heyətinin sədri Eyyub Əliyev "Ekoloji təmiz nəqliyyat vasitələri ilə avtoparkın yenilənməsi" mövzusunda çıxış etdi.

Konfrans çərçivəsində xarici ölkələrdən olan iştirakçılar ilə yerli mütəxəsislərin çıxışları və maraqlı polemikaları oldu. Konfransın sonunda spikerlərə xüsusi sertifikatlar təqdim edildi.


NDU da “Stomatologiyada innovasiyalar” mövzusunda Beynəlxalq elmi praktiki konfrans keçirilib
21 May 2025 17:55
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə beynəlxalq elmi praktiki konfrans keçirilib YENİLƏNİB FOTOLAR
14 Mart 2025 18:03
Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə beynəlxalq elmi praktiki konfrans keçirilib
27 Aprel 2025 21:37
BMU da “Biz qayıdacağıq!” adlı elmi praktiki konfrans keçirilib FOTOLAR
27 Fevral 2025 16:48
Qara Qarayevə həsr olunan elmi praktiki konfrans keçirilib
06 Fevral 2025 11:07

