Icma.az
close
up
RU
NDU da “Stomatologiyada innovasiyalar” mövzusunda Beynəlxalq elmi praktiki konfrans keçirilib

NDU da “Stomatologiyada innovasiyalar” mövzusunda Beynəlxalq elmi praktiki konfrans keçirilib

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Naxçıvan, 21 may, AZƏRTAC

Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin 25 illiyinə həsr olunan “Stomatologiyada İnnovasiyalar” mövzusunda Beynəlxalq elmi-praktiki konfrans keçirilib.

Universitetin Media və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, konfrans NDU və “Azərbaycan İmplantoloq” İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutub.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.

Naxçıvan Dövlət Universitetinin Elm və innovasiya məsələləri üzrə prorektoru Elsevər Əsədov bildirib ki, bu kimi beynəlxalq səviyyəli elmi tədbirlər stomatologiya sahəsində bilik və təcrübə mübadiləsi üçün mühüm platformadır. Prorektor çıxışında 2023–2027-ci illər üçün Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına əsasən, universitetdə yaradılacaq Tibb kampusu barədə ətraflı məlumat verib. Planlanan yeni kampusda müasir tibb tədris binası, araşdırma xəstəxanası, tələbə yataqxanası, tibb kollecinin binası və sair ilə yanaşı, Stomatologiya ixtisası üçün ayrıca tədris korpusu və stomatoloji klinikanın inşasının nəzərdə tutulduğunu diqqətə çatdırıb. Eyni zamanda, mayın 16-17-də Özbəkistanın Səmərqənd şəhərində keçirilən, dünyanın müxtəlif ölkələrindən 35 universitetin iştirak etdiyi tələbələrin və gənc tədqiqatçıların 79-cu elmi-praktik konfransında universitetin Tibb fakültəsinin Stomatologiya ixtisası üzrə tələbələrinin də uğurlu çıxışları ilə yüksək dərəcəli diplomlara layiq görüldüklərini xatırladıb.

“Azərbaycan İmplantoloq” İctimai Birliyinin sədri, tibb üzrə fəlsəfə doktoru Cabbar Həsənov müasir stomatologiyada innovasiyaların rolundan danışıb. Vurğulanıb ki, konfrans bu sahədə tətbiq olunan ən son texnologiyalar və müalicə metodlarının paylaşılması baxımından olduqca önəmli əhəmiyyət kəsb edir.

Sonra plenar çıxışlar başlanılıb. İstanbul Aydın Universiteti Diş həkimliyi fakültəsinin Ağız, diş və çənə cərrahiyyəsi kafedrasının müəllimi, dosent Elçin Bədəloğlu “İmplantologiyada tam çənə reablitasiyalarında sadədən mürəkkəbə doğru cərrahiyyə və protez mərhələlərində istifadə olunan müalicə metodları”, Diş texniki Rafael Paşayev “Estetik restavrasiyalarda planlama və komunikasiyanın əhəmiyyəti”, Cabbar Həsənov “All-on-4 və onun uyğun vəziyyətlərdə tətbiqi” mövzularında çıxış ediblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:69
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 May 2025 17:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see352

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see195

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see195

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see167

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see167

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see164

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see162

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see155

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see154

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see146

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see143

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see143

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see142

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see142

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see142

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see138

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see138

2026 da işləri “yağ kimi” gedəcək 5 BÜRC KONKRET

04 Yanvar 2026 10:01see136

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri