Icma.az
close
up
RU
BMU da “Biz qayıdacağıq!” adlı elmi praktiki konfrans keçirilib FOTOLAR

BMU da “Biz qayıdacağıq!” adlı elmi praktiki konfrans keçirilib FOTOLAR

Icma.az bildirir, Unikal.az portalına istinadən.

Bakı Mühəndislik Universiteti (BMU), Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə “Biz qayıdacağıq!” adlı elmi-praktiki konfrans keçirilib. 

"Unikal" xəbər verir ki, öncə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin BMU-nun foyesində ucaldılmış büstü önünə gül dəstələri düzüblər. 

Dövlət Himninin səsləndirilməsi ilə başlayan konfransda soyqırımı qurbanlarının, bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Qərbi Azərbaycanla bağlı videoçarx nümayiş etdirilib. 

Millət vəkili Məlahət İbrahimqızının moderatorluğu ilə keçirilən konfransa dövlət və hökumət nümayəndələri, Qərbi Azərbaycan İcmasının rəhbərliyi və üzvləri, millət vəkilləri, tanınmış alimlər, həmçinin BMU rəhbərliyi və professor-müəllim heyəti qatılıb. 

Açılış nitqi ilə çıxış edən rektor Yaqub Piriyev Azərbaycan xalqının son 200 illik tarixinin əlamətdar və yaddaqalan günlərini yaşadığını önə çəkib. Rektor ölkəmizin bu çətin regionda, dünyadakı mürəkkəb siyasi proseslər dövründə mühüm nailiyyətlər qazandığını, öz dinamik inkişafı ilə nümunəvi model formalaşdırdığını, bölgənin davamlı tərəqqisinə töhfələr verdiyini nəzərə çatdırıb. Bildirib ki, soydaşlarımızın işğaldan azad edilmiş doğma torpaqlarında yenidən məskunlaşması, eləcə də tarixi ərazilərimiz olan Qərbi Azərbaycana qayıdış məsələsi 44 günlük Vətən müharibəsində əldə etdiyimiz parlaq qələbədən sonra yaranmış yeni reallıqdır. Yaqub Piriyev əminliklə vurğulayıb ki, Müzəffər Ali Baş Komandanın qətiyyət və iradəsi, Azərbaycan xalqının müdrikliyi və sülhsevərliyi Qərbi Azərbaycana qayıdış konsepsiyasının uğurlu həllini təmin edəcək və bu, həm beynəlxalq hüququn, həm də ədalətin bərpasına öz müsbət töhfəsini verəcək. 
Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova ali məktəblərdə tarixi torpaqlarımıza qayıdışla bağlı maarifləndirmə tədbirlərinin önəmli olduğunu deyib. Professor azərbaycanlıların ayrı-ayrı illərdə Ermənistandakı öz dədə-baba torpaqlarından deportasiyasını, işgəncələrə məruz qalmasını, müxtəlif toponimlərimizin dəyişdirilərək erməniləşdirilməsini tarixi faktlarla diqqətə çatdırıb. Qərbi Azərbaycana qayıdışla bağlı mübarizənin  Qalib Sərkərdə, Prezident İlham Əliyevin rəhbərliyi ilə hədəfə çatacağını qeyd edən Mahirə Hüseynova dövlətimizin hazırkı qüdrəti ilə bu ideyanın gerçək olacağına inandığını bildirib. Qərbi Azərbaycan itkisinin o bölgənin bütün ziyalılarının yaralı yeri olduğunu deyən professor onların bu ideya ətrafında səfərbərliyini müsbət qiymətləndirib və məsələnin gələcək nəsillərə çatdırılması üçün görülməsi vacib işləri vurğulayıb. 
Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli isə ictimai təşkilatın indiyədək gördüyü işlər barədə geniş məlumat verib. Bildirib ki, Qərbi Azərbaycana qayıdış məsələsi artıq ictimai şüurda möhkəmlənərək ümummilli bir ideyaya, təkcə bu bölgədən olan insanlara deyil, bütün azərbaycanlılara aid bir məsələyə çevrilib. Tarixi torpaqlara qayıdışı azərbaycanlıların haqqı adlandıran Əziz Ələkbərli itirdiyimiz torpaqların hər qarışına qayıtmağa gücümüzün çatacağını fikirlərinə əlavə edib.  

Tədbirdə iştirak edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Ümummilli Lider Heydər Əliyev və onun layiqli siyasi varisi İlham Əliyevin torpaqlarımızın işğaldan azad olunması, soydaşlarımızın öz yurd-yuvalarına qayıtması ilə bağlı siyasətinin müsbət nəticələr verdiyini və Qərbi Azərbaycana qayıdışın da reallaşması üçün atılan addımların xalqımız tərəfindən alqışlandığını söyləyib. İcra başçısı deportasiya olunmuş azərbaycanlıların ən sıx məskunlaşdığı ərazinin Abşeron rayonu olduğunu önə çəkərək, bu insanların torpaq həsrətini, yurdlarına qayıdışı səbirsizliklə gözlədiklərini dilə gətirib. 

Tədbirdə digər çıxış edənlər Qərbi Azərbaycan İcması Müşahidə Şurasının sədri, AMEA-nın müxbir üzvü Misir Mərdanov, akademik Abel Məhərrəmov, professor Nizami Cəfərov, ADPU-nun rektoru, professor Cəfər Cəfərov, millət vəkili İlham Məmmədov, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov, Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova bu gün Qərbi Azərbaycana qayıdış konsepsiyasının ölkəmizin əsas prioritetləri sırasında dayandığını, eyni zamanda xalqımızın hər bir fərdinin qəlbində tarixi torpaqlarımıza dönəcəyimizə dərin inamın yarandığını bildiriblər. Çıxışlarda qayıdış üçün atılacaq addımlar sadalanıb, bir sıra mühüm təkliflər irəli sürülüb. Qərbi Azərbaycanla bağlı zəruri faktların orta və ali məktəb proqramlarına salınması işinin daha da təkmilləşdirilməsinin vacibliyi bildirilib, habelə həmin insanların, onların varislərinin öz yurdlarına qayıtmaq hüququnun təmin edilməsi, birgəyaşayışa nail olunması üçün məsələnin beynəlxalq müstəviyə daşınmasının və dəstəyin artırılmasının gərəkliliyi vurğulanıb.     


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://unikal.az
archiveBu xəbər 27 Fevral 2025 16:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see278

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see256

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see246

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see227

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see205

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see180

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see167

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see164

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see155

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see154

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri