Avtomobil qatarla toqquşdu, 3 nəfər xəsarət aldı
Pravda.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ağdaşda avtomobil qatarla toqquşub.
Hadisə Ləki qəsəbəsi ərazisində yerləşən və avtomobillər üçün nəzərdə tutulmuş dəmiryolu keçidində baş verib.
Hadisə nəticəsində “Mercedes” markalı avtomobildə olan 1994-cü il təvəllüdlü Emil Lətifov, 1988-ci il təvəllüdlü Ceyhun Şirinov və 1996-cı il təvəllüdlü Pərvin Xasməmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
APA

3 avtomobil toqquşdu
26 Dekabr 2024 15:36
Mingəçevirdə 3 avtomobil toqquşdu
05 Aprel 2025 21:12
Goranboyda 3 avtomobil TOQQUŞDU
30 Aprel 2025 00:37
Beyləqanda 3 avtomobil toqquşdu VİDEO
10 Mart 2025 16:57
İsmayıllıda iki avtomobil toqquşub, 3 nəfər xəsarət alıb
11 May 2025 19:46

