Icma.az
close
up
RU
Papa XIV Leo yay iqamətgahına köçə bilər

Papa XIV Leo yay iqamətgahına köçə bilər

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Vatikan, 31 may, AZƏRTAC

Papa XIV Leo İtaliyanın paytaxtından təxminən bir saatlıq məsafədə yerləşən Kastel Qandolfo qəsəbəsindəki Roma papalarının yayda istirahət etdiyi iqamətgaha köçmək niyyətindədir.

AZƏRTAC xəbər verir ki, Roma Katolik Kilsəsinin rəhbəri Albano vulkanik gölünün sahilində yerləşən bu sarayı ziyarət edib. İtaliya mediası yay iqamətgahının uzun müddət sonra XIV Leo tərəfindən yenidən istifadə oluna biləcəyini yazır.

Xatırladaq ki, mərhum Papa Fransisk iqamətgahdan istifadədən imtina etmiş və 2016-cı ildən buranın turistlər üçün açıq muzey kimi istifadə olunması göstərişini vermişdi. Fransisk papalıq dövründə heç vaxt Vatikandan kənarda qalmayıb. İqamətgahda yaşayan sonuncu Papa XVI Benedikt olub.

Burada İsveçrə qvardiyasına məxsus geyimlər, papanı yürüşlərdə daşımaq üçün istifadə olunan portativ taxt və digər əşyalar yerləşən sərgi otaqları var. Həmçinin bütün papaların portretləri nümayiş olunan qalereya, papanın qonaqlarının qəbul edildiyi gözləmə otaqları yerləşir. Malikanədə papanın ofisləri, iş masaları və kitab rəfləri, yataq otağı, qurbangah və papanın kreslosu, eləcə də kiçik kilsə var.

Kastel Qandolfo XIII əsrdə Müqəddəs Taxt-Tacın mülkü elan edilib, lakin XVII əsrə kimi burada bina tikilməyib. Papaların istirahət etdiyi Kastel Qandolfo sarayı isə 1624-cü ildə Karlo Maderno tərəfindən Papa VIII Urban üçün inşa olunub. 1929-cu ildə Papa XI Piy tərəfindən burada bərpa işləri aparılıb və o vaxtdan bəri papaların yay iqamətgahı kimi istifadə edilib. Roma Papaları ənənəvi olaraq qışı Vatikanda, yayı isə Kastel Qandolfoda keçiriblər.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Vatikan

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://azertag.az
archiveBu xəbər 31 May 2025 06:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see337

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see328

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see320

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see264

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see257

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see244

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see242

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see239

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see231

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see222

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see221

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see219

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see217

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see217

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see212

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see205

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see201

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see194

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see186

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri