Icma.az
close
up
RU
AVTOMOBİL QEYDİYYATINDA “QARA ŞÜŞƏ” PROBLEMİ BDYP nin tələbi qanunidirmi?

AVTOMOBİL QEYDİYYATINDA “QARA ŞÜŞƏ” PROBLEMİ BDYP nin tələbi qanunidirmi?

Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycana xarici ölkələrdən avtomobil gətirən vətəndaşlar Baş Dövlət Yol Polisində (BDYP) ilkin qeydiyyat zamanı qanunsuz tələblə üzləşirlər. Əgər avtomobilin şüşələrinin rəngi tünddürsə, onun sahibindən avtomobilin markasından və idxal dəyərindən asılı olaraq dəyişən məbləğ tələb olunur. Bu məbləğ 500 manatdan bir neçə min manata qədər dəyişir. Bu barədə vaxtaşırı mediada çoxsaylı şikayətlər ictimailəşdirilsə də, vəziyyət dəyişmir.

Qeyd edək ki, mövcud qanunvericiliyə görə, ilkin qeydiyyat zamanı BDYP əməkdaşları avtomobili yoxlayır, VIN nömrəsini, sənədləri və texniki uyğunluğunu təsdiqləyir. Həmçinin təhlükəsizlik standartları yoxlanılır – şüşələrin işıq buraxma dərəcəsi, işıq cihazları, əyləc sistemləri və s. texniki normalara cavab verib-vermədiyi müəyyən edilir. Bundan başqa, ödənişlər (rəsmiləşdirmə haqqı) və dövlət rüsumları BDYP vasitəsilə həyata keçirilir.

Qanunvericilikdə BDYP-nin “qara şüşə”yə görə əlavə rüsum tələb etmək səlahiyyəti barədə hər hansı maddə və ya norma yoxdur. Yəni DYP qanuni və texniki icraedici qurumdur, lakin ilkin qeydiyyat zamanı qanunvericiliklə müəyyən edilməmiş əlavə rüsumlar tələb etməsi yolverilməzdir.

“Qara şüşələr”lə bağlı standartlar isə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin qəbul etdiyi AZS 122-2004 saylı Dövlət Standartının tələbləri ilə müəyyənləşdirilib. Həmin tələblərə əsasən avtomobil şüşələrinin işıq buraxma göstəriciləri aşağıdakı kimi müəyyən edilib:

-küləyə qarşı şüşələr üçün – 75%

-küləyə qarşı olmayan digər şüşələr üçün – 70%;

-hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda, avtomobilin yalnız arxa şüşəsi və yük hissəsindəki yan şüşələr sürücünün salondan arxa görünüşünü təmin etmək şərti ilə normallaşdırılmır.

Respublikanın iqlim şəraiti nəzərə alınaraq, hər il 1 may tarixindən 15 noyabr tarixinədək şüşələrdə sənaye üsulu ilə hazırlanmış jalüzlərin istifadəsinə icazə verilir.

Beləliklə, Azərbaycan qanunvericiliyində avtomobilin ilkin qeydiyyatı zamanı “qara şüşələr”ə görə DYP tərəfindən irəli sürülən tələblər texniki prosedur deyil və qanunla uyuşmur. Standart tələblər yalnız şüşələrin işıq buraxma qabiliyyəti və təhlükəsizliklə bağlıdır.

Problemlə bağlı nəqliyyat eksperti Raqif Raufoğlu “AzPolitika”ya açıqlamasında bu məsələ ilə bağlı ona da çoxsaylı müraciətlərin daxil olduğunu bildirib.

Ekspertin sözlərinə görə, söhbət kifayət qədər absurd bir vəziyyətdən gedir. Belə ki, əgər avtomobil zavod istehsalı olaraq bu formada buraxılıbsa, burada məntiqsiz yanaşma var. Onun sözlərinə görə, hazırda sürücülərə iki variant təqdim olunur: ya avtomobilin arxa şüşələri dəyişdirilməli, ya da sökülərək qeydiyyatdan keçirilməli və sonra yenidən yerinə taxılmalıdır.

Raqif Raufoğlu bunu mənasız tələb adlandırır. O vurğulayır ki, əgər avtomobil zavoddan bu şəkildə çıxıbsa və arxa şüşələrin tünd olmasına hazırda heç bir qadağa yoxdursa, həmin şüşələrin niyə sökülüb yenidən taxılmalı olduğu anlaşılmazdır. Ekspertin sözlərinə görə, bir çox hallarda sürücü avtomobili qeydiyyata salmaq üçün şüşələri sökməyə məcbur olur, daha sonra isə yenidən yerinə taxır.

“Ən maraqlı məqam isə ondan ibarətdir ki, qeydiyyatdan sonra sürücü həmin tünd şüşələrlə avtomobili idarə etdikdə heç bir problem yaranmır. Çünki bu halda qanun pozuntusu yoxdur. Lakin məhz qeydiyyat mərhələsində buna irad bildirilir”, – deyə ekspert qeyd edib.

Ekspert bildirir ki, əgər sürücü sonradan arxa şüşələrə tünd plyonka vurursa və ya zavod istehsalı olan tünd şüşələri yenidən taxırsa, bununla bağlı heç bir qadağa mövcud deyil. Şərt yalnız ondan ibarətdir ki, ön şüşə, eləcə də sürücü tərəfdən sağ və sol ön şüşələr tünd olmamalıdır.

Raqif Raufoğlunun fikrincə, bu yanaşma mövcud qaydaların tətbiqində ziddiyyət və qeyri-müəyyənlik yaratmaqla yanaşı, sürücülər üçün də əlavə və əsassız çətinliklər yaradır.

Nəqliyyat eksperti Yasin Mustafayev isə “AzPolitika”ya şərhində bildirib ki, mövcud yanaşma qanunvericiliyə uyğun deyil və Yol Patrul Xidmətinin bu məsələdə mövqeyi əsassızdır.


Ekspertin sözlərinə görə, qanunla artıq bu məhdudiyyət aradan qaldırılıb. Sadəcə, normativlərdə qeyd olunur ki, şüşələrə vurulan plyonka və ya tündlük texniki tələblərə cavab verməlidir. O vurğulayır ki, hazırda bir çox avtomobillərdə istifadə olunan tünd şüşələr zavod istehsalıdır və daha keyfiyyətlidir.

Yasin Mustafayev hesab edir ki, bu sahədə qanunvericilikdəki qeyri-müəyyənlik süni şəkildə “bulanıq su” vəziyyəti yaradır. Onun fikrincə, belə şəraitdə məsələni fərqli cür yozmaq və sürücülərə əsassız iradlar bildirmək daha asan olur.

Ekspert şəxsi təcrübəsini də nümunə gətirib. Bildirib ki, özü də vaxtilə xaricdən avtomobil gətirib və çətinliklə, xahiş-minnətlə icazə ala bilib. Onun sözlərinə görə, bu zaman iradlar qeyri-qanuni əsaslandırmalarla izah olunub: bir tərəfdən plyonkaya icazə verildiyi, digər tərəfdən isə zavod istehsalı tünd şüşələrin qanunsuz olduğu bildirilib. Ekspert bu yanaşmanı ziddiyyətli və məntiqsiz adlandırıb.

Redaksiyadan: BDYP-nin mövqeyini işıqlandırmağa hazırıq.

Elvin Bəyməmmədli
"AzPolitika.info"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:544
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 23 Dekabr 2025 15:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see535

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see482

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see372

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see263

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see263

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see259

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see241

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see241

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see237

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see230

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see226

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see212

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see205

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see202

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see196

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see196

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see185

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see183

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri