Avtomobil yollarının keyfiyyətli tikintisi məqsədilə keçirilən ixtisasartırma kursları başa çatıb
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 12 noyabr, AZƏRTAC
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “Azəryolelmitədqiqatlayihə” İnstitutu tərəfindən avtomobil yollarının yüksək keyfiyyətlə tikintisi və uzunömürlü istismarı məqsədilə təşkil edilən ixtisasartırma kursları uğurla yekunlaşıb.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, ixtisasartırma kurslarının təşkilində məqsəd avtomobil yollarının tikintisində istifadə edilən materialların yoxlanmasında yeni texnologiyalara əsaslanan testlərin tətbiqi, ağır tonnajlı nəqliyyat vasitələrinin təsirinə məruz qalan yol örtüyünün qorunması və uzunömürlüyünün təmin olunması məqsədilə ixtisaslı mütəxəssislərin yetişdirilməsidir.
Kurslarda layihəçilər, laborantlar, operatorlar, mexaniklər, yol ustaları, əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mütəxəssislər hazırlanıb.
Tədris 40 saatlıq proqram əsasında “Yol inşaat materiallarının laboratoriya sınaqları”, “Avtomobil yollarının tikintisi” (mexanizator, avtoqreyder və s.), “Əməyin mühafizəsi və texniki təhlükəsizlik”, “Layihə-axtarış işləri” kimi mövzuları əhatə edib.
Kursu uğurla başa vuran iştirakçılara müvafiq sertifikatlar təqdim olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:25
Bu xəbər 12 Noyabr 2025 16:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















