Icma.az
close
up
RU
Avtomobildə yanacaq sızmasının təhlükələri və səbəbləri

Avtomobildə yanacaq sızmasının təhlükələri və səbəbləri

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Avtomobil salonunda benzin qoxusunun yaranması və ya maşının altında rəngli ləkənin görünməsi yanacaq sızmasının əlamətləridir. Bu, ciddi və təhlükəli bir problemdir, dərhal tədbir görülməlidir.

Oxu.Az-ın "İzvestiya"ya istinadla verdiyi məlumata görə, bu barədə rusiyalı avtomobil mütəxəssisi Aleksandr Qoman xəbərdarlıq edib.

Ekspert problemin yaranma səbəbləri və onu aradan qaldırmağın yolları haqqında danışıb. Onları təqdim edirik:

Yanacaq sızmasının əsas səbəbləri

Yanacaq filtri - Bəzi avtomobillərdə filtr benzin çəninə yaxın yerləşir və zamanla korroziyaya uğrayır. Bundan əlavə, filtrin tıxanması nasosun təzyiqini artıraraq sızmaya səbəb ola bilər.

Yanacaq nasosu - Nasosun sıradan çıxması və ya onun möhürlərinin zədələnməsi sızmaya yol aça bilər.

Yanacaq çəni - 10 ildən çox istifadə olunan avtomobillərdə metal çənlər korroziyaya uğrayaraq sızdırmağa başlayır. Bəzi hallarda çəni saxlayan elementlər çürüyür və çən düşə bilər.

Mexanik zədələr - Yüksək səddə çırpılmaq və ya yol çuxurlarına düşmək çənin deşilməsinə səbəb ola bilər.

Yanacaq şlanqları və injektorlar - Şlanqların çatlaması və ya injektorların möhür halqalarının sıradan çıxması sızmaya səbəb ola bilər.

Nə etməli?

Yanacaq sızması aşkar edildikdə hərəkətə başlamaq olmaz. Əgər problem yolda ortaya çıxıbsa, avtomobili dərhal söndürmək lazımdır və avtoservisə getmək tövsiyə olunur, ən yaxşı seçim isə evakuatorla getməkdir.

"Yanacaq sızması çox təhlükəli bir nasazlıqdır - bu halda avtomobillə hərəkət etmək məsləhət görülmür. İstənilən qığılcım və ya yanacağın isti bir hissəyə düşməsi alovlanma riskini artırır", - deyə ekspert sözlərini yekunlaşdırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://oxu.az
archiveBu xəbər 18 Mart 2025 03:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri