Icma.az
close
up
RU
Avtomobildə yanacaq sızmasının təhlükələri və səbəbləri FOTO

Avtomobildə yanacaq sızmasının təhlükələri və səbəbləri FOTO

Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Avtomobil salonunda benzin qoxusunun yaranması və ya maşının altında rəngli ləkənin görünməsi yanacaq sızmasının əlamətləridir. Bu, ciddi və təhlükəli bir problemdir, dərhal tədbir görülməlidir.

Avtosfer.az-ın "İzvestiya"ya istinadla verdiyi məlumata görə, bu barədə rusiyalı avtomobil mütəxəssisi Aleksandr Qoman xəbərdarlıq edib.

Ekspert problemin yaranma səbəbləri və onu aradan qaldırmağın yolları haqqında danışıb. Onları təqdim edirik:

Yanacaq sızmasının əsas səbəbləri

Yanacaq filtri - Bəzi avtomobillərdə filtr benzin çəninə yaxın yerləşir və zamanla korroziyaya uğrayır. Bundan əlavə, filtrin tıxanması nasosun təzyiqini artıraraq sızmaya səbəb ola bilər.

Yanacaq nasosu - Nasosun sıradan çıxması və ya onun möhürlərinin zədələnməsi sızmaya yol aça bilər.

Yanacaq çəni - 10 ildən çox istifadə olunan avtomobillərdə metal çənlər korroziyaya uğrayaraq sızdırmağa başlayır. Bəzi hallarda çəni saxlayan elementlər çürüyür və çən düşə bilər.

Mexanik zədələr - Yüksək səddə çırpılmaq və ya yol çuxurlarına düşmək çənin deşilməsinə səbəb ola bilər.

Yanacaq şlanqları və injektorlar - Şlanqların çatlaması və ya injektorların möhür halqalarının sıradan çıxması sızmaya səbəb ola bilər.

Nə etməli?

Yanacaq sızması aşkar edildikdə hərəkətə başlamaq olmaz. Əgər problem yolda ortaya çıxıbsa, avtomobili dərhal söndürmək lazımdır və avtoservisə getmək tövsiyə olunur, ən yaxşı seçim isə evakuatorla getməkdir.

"Yanacaq sızması çox təhlükəli bir nasazlıqdır - bu halda avtomobillə hərəkət etmək məsləhət görülmür. İstənilən qığılcım və ya yanacağın isti bir hissəyə düşməsi alovlanma riskini artırır", - deyə ekspert sözlərini yekunlaşdırıb.(oxu.az)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 25 Mart 2025 01:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see180

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see177

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see175

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see158

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see155

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see148

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see146

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see146

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see141

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see134

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see133

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri