Avtomobildən 10 min dollara yaxın pul oğurlanıb
Icma.az, Sia Az portalına istinadən məlumat yayır.
Bakıda avtomobildən 10 min dollara yaxın pul oğurlanıb. SİA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Polisə müraciət edən zərərçəkmiş “Range Rover” markalı avtomobilindən 9400 ABŞ dollarının oğurlandığını bildirib.
Nizami RPİ 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluğu törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 45 yaşlı N.Cəmilov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

Bakıda avtomobildən 10 min dollara yaxın pul oğurlanıb
03 Dekabr 2024 11:09
Avtomobildən iri məbləğdə pul oğurlanıb
03 Dekabr 2024 14:38
Xətaidə avtomobildən 10 min manat dəyərində lotereya bileti oğurlanıb
16 Dekabr 2024 13:52
10 dan çox avtomobildən oğurluq edənlər tutuldu
23 Yanvar 2025 10:39

