Icma.az
close
up
RU
Menu

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr Müstəqillik yolunda dönüş nöqtəsi

17 Noyabr Müstəqillik yolunda dönüş nöqtəsi

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

Xalqımızın azadlıq mübarizəsi tarixində əsas mərhələlərdən birini təşkil edən 17 Noyabr milli oyanışın, dirçəlişin rəmzi kimi mühüm yer tutur. Bu tarixin başlanğıcı ötən əsrin 60-cı illərindən qoyulmuş, Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi ilə Sovet dövrünün sərt qadağalarına baxmayaraq, ölkədə bütün sahələrin inkişafı üçün müvafiq proqramlar müəyyən edilmiş, iqtisadiyyat, elm, təhsil, mədəniyyət sahələri dirçəlmişdir. 

Lakin ötən əsrin 80-cı illərindən başlayaraq keçmiş SSRİ rəhbərliyinin Azərbaycana qarşı qərəzli siyasəti, Ermənistanın əsassız ərazi iddiaları və soydaşlarımızın öz tarixi-etnik torpaqlarından kütləvi deportasiyası xalqımızın səbrini daşırır, milli hisslərini alovlandırırdı. Xalqımız haqsızlıq, ədalətsizliklə barışmaq istəmir, 70 illik Sovet imperiyasının əsarətindən xilas olub müstəqil olmaq arzusu ilə yaşayırdı. Məhz bu məqsədlə 1988-ci il noyabrın 17-də Bakının Azadlıq meydanına axışan vətəndaşlarımız günlərlə davam edən ümumxalq mitinqləri ilə öz taleyinə sahib çıxmaq əzmini, milli birliyini və sarsılmaz iradəsini bütün dünyaya nümayiş etdirdi. Xalq hərəkatı tez bir zamanda Respublikamızın bütün şəhər və rayonlarına yayıldı. Dekabrın 4-dək davam edən mitinqlər sübut etdi ki, bir imperiya gücü xalqın azadlıq istəyini və milli yaddaşını boğa bilməz. Həmin gündən başlayan meydan hərəkatı ilə Azərbaycanın müstəqilliyə gedən yolunun təməli qoyuldu.

Xalq hərəkatı başlayanda Azərbaycana rəhbərlik edən siyasi qüvvələrin yarıtmazlığı, hərc-mərclik, siyasi qarşıdurmalar ölkədə yaranan mövcud vəziyyəti qiymətləndirməyə imkan vermirdi. Öz maraqlarını üstün tutanların siyasi bacarıqsızlığı üzündən xalqımıza qarşı 1990-cı ilin 20 yanvarında misli görünməmiş faciə törədildi. Xalqımız bütün bu hadisələrdən sonra yeganə xilas yolu kimi Ulu Öndər Heydər Əliyevə üz tutdu. 1990-cı il noyabrın 17-də Ümummilli Liderin sədrliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Sovetində keçirilən sessiyada Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının Dövlət bayrağı kimi qəbul edilməsi ilə xalqımızın milli dirçəlişinin, ölkəmizin isə uzunömürlü inkişafının təməlləri atıldı. Həmin sessiyada Ulu Öndər Heydər Əliyev dedi: “Azərbaycan xalqı birləşməli, öz müqəddəs torpaqlarını göz bəbəyi kimi qorumalıdır. Azərbaycan Respublikası iqtisadi və siyasi müstəqillik yolu ilə getməli, tam istiqlaliyyət uğrunda mübarizə aparmalıdır”. Belə də oldu. Ulu Öndəri özünün yeganə xilas yolu seçən xalqımızın da iradəsi, əzmi nəticəsində 1991-ci il oktyabrın 18-də Azərbaycan öz müstəqilliyini rəsmi olaraq təsdiqlədi. Ümummilli Lider Heydər Əliyev ömrü boyu Azərbaycanı inkişaf etdirməyə, sağlam gələcək yaratmağa çalışdı. Ulu Öndər yolunun layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan bütün dünyada söz sahibi bir dövlətə çevrilib, Qüdrətli Ordumuz 30 ilə yaxın işğal altında qalan torpaqlarımızı cəmi 44 günə azad edib. Sevindiricidir ki, bu gün xalqımız Milli Dirçəliş Gününü işğaldan azad edilmiş torpaqlarımızda qeyd edir, üçrəngli bayrağımız Şuşada, Kəlbəcərdə, Laçında, Qubadlıda və digər torpaqlarımızda qürurla dalğalanır. 

İkinci Qarabağ müharibəsində xalqımızın birliyi, həmrəyliyi, müdrik Liderin, və yenilməz sərkərdənin ətrafında bir yumruq kimi birləşməsi məhz 17 noyabrda xalqımızın sarsılmaz iradəsinin, birliyinin daha güclü davamı idi. Həmin gün Azərbaycan müstəqillik yoluna qədəm qoydu, Vətən müharibəsində isə tarixə qızıl hərflərlə əbədi yazılmış böyük Zəfəri əldə etdi.

Bu gün 17 Noyabr – Milli Dirçəliş Gününü suverenliyini və ərazi bütövlüyünü tam bərpa etmiş bir xalq kimi qürurla qeyd edirik. Milli oyanış və azadlıq mübarizəsinin rəmzi olan bu əlamətdar tarixi gün 1992-ci ildən etibarən ölkəmizdə Milli Dirçəliş Günü kimi qeyd edilir. Bu gün keçmişimizə böyük ehtiram, gələcəyimizə isə inam günüdür. Əgər keçmişdə, bu gün də bütün məsələlərdə bir olduğumuz kimi gələcəkdə də bu birlik daimi olarsa Azərbaycanın azadlığı və tərəqqisi də daim sarsılmaz olacaqdır.

Güntac Şahməmmədli

AMEA Naxçıvan Bölməsinin əməkdaşı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:119
embedMənbə:https://525.az
archiveBu xəbər 17 Noyabr 2026 11:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see282

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see274

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see269

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see265

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see263

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see259

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see249

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see244

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see229

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

15 Noyabr 2026 14:02see219

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see218

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

15 Noyabr 2026 15:38see208

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see206

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see205

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see202

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see202

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see198

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

15 Noyabr 2026 17:27see196

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see190

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri