Avtomobilin arxa şüşəsinə müxtəlif yazılar yazdıranların DİQQƏTİNƏ! Tədbirlər görülə bilər VİDEO
Icma.az, Avtosfer portalına istinadən məlumat verir.
Xoşbəxtlik sürən varsa, versin bir dövr də mən sürüm... Heç kimə güvənmə...
Evin balaca qızıdır, onu da mən alacam...
Bəzi sürücülər avtomobilin şüşələrinə bu tipdə yazılar yazdırır, müxtəlif stikerlər yapışdırırlar. Kimisi nəyisə reklam edir, kimisi diqqət çəkmək istəyir. Bəzən isə hansısa sürücünün fikrini cəlb edən bu yazılar qəzalara səbəb olur. Avtosfer.az-ın xəbərinə görə, nəqliyyat ekspertləri isə bildirirlər ki, yol hərəkəti haqqında qanuna əsasəsn bu tip yazıların yapışdırlmasında məhdudiyyət yoxdur.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polis İdarəsinə də müraciət etdik. İdarədən bildirildi ki, əgər üzərinə yazı yazılan nəqliyyat vasitəsi digər sürüclərin fikrini yayındırırarsa, bu zaman müvafiq tədbirlər görülə bilər.
Həmçinin bildirilib ki, həmin yazılar sürücünün görünüşünü məhdudlaşdırarsa, bu, qayda pozuntusu kimi qiymətləndirilir.
Daha ətraflı videomaterialda.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 23 Mart 2025 22:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















