Avtomobilini “Liverpul” azarkeşlərinin üzərinə sürmüş şəxs 21 il həbs cəzası alıb
Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Liverpul”un çempionluq paradı zamanı avtomobili insanların üzərinə sürməkdə ittiham olunan şəxs 21 il altı ay həbs cəzasına məhkum edilib.
İdman.Bi bildirir ki, may ayının sonlarında komandanın Premyer Liqa qələbə paradı zamanı avtomobil “Liverpul” azarkeşlərinin izdihamına çırpılıb. Polis tezliklə şübhəlinin 53 yaşlı britaniyalı olduğunu müəyyən edib və hadisənin terrorizmlə əlaqəsi yoxdur.
Sentyabr ayında keçirilən dinləmədə keçmiş Kral Dəniz Piyadaları xüsusi təyinatlılarının əsgəri Pol Doyl bütün ittihamlar üzrə özünü günahkar bilməsə də, noyabr ayında günahını etiraf edib.
Bu gün Doyl həbs cəzasına məhkum edilib. O, həmçinin 16 il 10 ay müddətinə avtomobil idarə etməkdən məhrum edilib. Onun hərəkətlərində 134 nəfər xəsarət alsa da, yalnız 29 nəfərin adı ittiham aktına düşüb. Bu qurbanların yaşları altı aydan 77 yaşa qədər olub.
Məhkəmə qərarında Doylun “qəzəbdən bunu etdiyi” bildirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 16 Dekabr 2025 22:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















