Icma.az
close
up
RU
Avtomobillər niyə yanır?

Avtomobillər niyə yanır?

Metbuat saytına istinadən Icma.az xəbər verir.

Yay aylarında havaların həddindən artıq isti keçməsi təkcə insanlar üçün deyil, nəqliyyat vasitələri üçün də risk yaradır. Son günlər avtomobillərin yanması ilə bağlı xəbərlərə daha çox rast gəlinir. Bəs bu təhlükədən necə qorunmaq olar?

Avtomobil ustası Sahil Ağabəyli Metbuat.az-a açıqlamasında bildirib ki, bu yanmaların əksəriyyəti, təxminən 80-90 faizi, ön nahiyədən, yəni kapotun altından başlayır. Kapotun altında isə əsasən yanacaq və elektrik sistemləri yerləşir:

“Yanacağa və elektrik naqillərinə müdaxilə halları, xüsusilə avtomobilin ön nahiyəsində baş verən istiliklərlə birlikdə, əsasən də ili köhnə avtomobillərdə yanma riskini artırır. Çünki bu avtomobillərə müxtəlif müdaxilələr olunur. Avtomobilin naqil sistemində dəyişikliklər edilir, yüksək gücə malik maqnitofonlar və ya ksenon işıqlar quraşdırılır. Bu cihazlar naqillərə normadan artıq cərəyan yüklənməsinə səbəb olur. Nəticədə naqillər alışma həddinə çatır və yanğın baş verir”.

S.Ağabəylinin sözlərinə görə, bəzi ustalar qoruyucu vasitələr belə quraşdırmır və nəticədə avtomobilin özünün yanmasına qədər gedib çıxan hallar olur:

“İnsanlar da çox vaxt keyfiyyətsiz və ucuz işə üstünlük verirlər, bir elektrik işini kimsə 20 manata görürsə, digəri 10 manata keyfiyyətsiz formada edir və vətəndaş da ona razı olur. Yanğınların digər bir səbəbi mühərrik ətrafında baş verən yağ axıntılarıdır. Havanın çox isti olduğu vaxtlarda yağın buxarlanması yüksək temperaturda yanğına gətirib çıxarır. Bundan başqa, yanacaq sistemində olan boruların köhnəlməsi, onların vaxtında dəyişdirilməməsi, həmçinin ustaların farsunkaları söküb yuduqdan sonra düzgün yığmaması, ştekerlərin boş bağlanması nəticəsində benzin sızmaları və alışmalar baş verə bilir”.

Mütəxəssis qeyd edib ki, avtomobilin içərisində saxlanılan spreylər, qazlı içkilər, qoltuqaltı dezodorantlar və ətirlər də təhlükə yaradır:

“Bunlar birbaşa günəş şüaları altında qalarsa, partlayış və yanğın riski yarada bilər. Bu cür məhsullar yalnız günəş şüası vurmayan yerlərdə saxlanılmalıdır. Ümumiyyətlə, avtomobili uzun müddət günəş altında saxlamaq tövsiyə olunmur. Çünki yanacaq çənindəki benzin qazlanaraq alışma riski yarada bilər”.

Sevinc İbrahimzadə / Metbuat.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:139
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 18 İyul 2025 16:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see982

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see453

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see355

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see274

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see263

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see262

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see253

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see241

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see231

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see211

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see205

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see198

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see196

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see195

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see194

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see191

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see188

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see184

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see183

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri