Avtomobillərin şüşələrini qıraraq oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Paytaxtın Nəsimi rayonu ərazisində 4 avtomobildən içərisində pul, bank kartları, sənədlər olan çanta və pulqabıların, həmçinin mobil telefonun oğurlanması, beləcə zərərçəkənlərə ümumilikdə 2000 manata yaxın maddi ziyan vurulması barədə polisə məlumatlar daxil olub.
Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər oğurluqla əlaqəli cinayətə görə məhkum olunmuş 40 yaşlı Səbuhi Mirzəyev saxlanılıb.
Araşdırma zamanı onun rayon ərazisindəki daha bir avtomobildən oğurluğa cəhd göstərməsi, həmçinin Abşeron rayonunda üç avtomobildən pul oğurladığı da müəyyən edilib.
Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 27 Yanvar 2026 16:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















